xebermen.az

Ayda bir dəfə enerji içkisi içmək belə yuxunu poza bilər

29-06-2026, 15:00

 

Norveçdə 53 mindən çox gəncin iştirakı ilə aparılan araşdırma göstərib ki, ayda cəmi 1–3 dəfə enerji içkisi qəbul edənlərdə belə yuxu pozğunluğu riski artır.

Tədqiqata görə, enerji içkilərindən daha tez-tez istifadə edən insanlar gecə daha az yatır, yuxuya getməkdə çətinlik çəkir və gecələr daha çox oyanırlar.

Hər gün enerji içkisi içənlərin isə orta hesabla 30 dəqiqə daha az yatdığı məlum olub.

Alimlərin fikrincə, bunun əsas səbəbi enerji içkilərindəki yüksək kofein miqdarıdır.

Mütəxəssislər bildirirlər ki, araşdırma səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, enerji içkiləri ilə yuxu problemləri arasında güclü əlaqə olduğunu göstərir və xüsusilə gənclərə bu içkilərdən ehtiyatla istifadə etməyi tövsiyə edirlər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31