xebermen.az

Səhiyyə Nazirliyindən günvurma təhlükəsi ilə bağlı ÇAĞIRIŞ

1-07-2026, 21:37

 

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər, şəkərli diabeti, nevroloji xəstəlikləri və digər xroniki sağlamlıq problemləri olan şəxslər günəş şüalarının təsirinə qarşı daha həssasdırlar.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

"Müxtəlif hallarda günvurma nəticəsində bədən hərarəti 40°C və daha yuxarı qalxa bilər. Dəri isti, quru və qızarmış olur, nəbz sürətlənir, tənəffüs tezləşir. Daha ağır hallarda diqqət pozğunluğu, davranış dəyişiklikləri, nitqdə çətinlik, huşun bulanması, qıcolmalar və hətta huşun itirilməsi müşahidə oluna bilər. Bu əlamətlər təcili tibbi yardım tələb edən ciddi vəziyyətin göstəricisidir", – deyə ekspert bildirib.

Zakir Quliyev qeyd edib ki, xüsusilə günəş şüalarının daha intensiv olduğu saat 11:00-dan 17:00-dək açıq havada uzun müddət qalmaq tövsiyə edilmir: "Zərurət olmadıqda çölə çıxmamaq, açıq havaya isə əsasən səhər saat 11:00-dək və axşam 17:00-dan sonra üstünlük vermək məsləhətdir".

Ekspert vurğulayıb ki, isti havalarda kifayət qədər maye qəbulu günvurmadan qorunmağın əsas şərtlərindən biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31