xebermen.az

Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı

3-07-2026, 08:58

 

Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo pley-off mərhələsinin matçında iştirak edən ən yaşlı oyunçu olaraq dünya çempionatlarının yeni rekordunu müəyyənləşdirib.

O, 41 yaş 147 günlüyündə Xorvatiyaya qarşı 1/16 final matçına start heyətdə çıxaraq, 1990-cı il dünya çempionatında Piter Şiltonun müəyyən etdiyi (40 yaş 292 gün) nailiyyəti geridə qoyub.

Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi, milli komandalarda, Avropa çempionatlarında, Çempionlar Liqasında və klublararası dünya çempionatlarında qollar üzrə rekordçudur.

2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edir, daha əvvəl "Sportinq", "Mançester Yunayted", "Yuventus" və "Real"da oynayıb. Onun hesabında beş "Qızıl top" var.

Dünya çempionatı iyulun 19-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31