xebermen.az

“Hababam sınıfı”nın aktyoru vəfat etdi

6-07-2026, 13:27

 

Türkiyənin tanınmış kino və teatr aktyoru Zihni Göktay 81 yaşında vəfat edib.

Bu barədə onun oğlu sosial media hesabında məlumat paylaşıb.

Aktyor bir neçə saat əvvəl müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, bir müddət əvvəl öz istəyi ilə qocalar evinə yerləşdirilmiş Zihni Göktay ayağının sınması səbəbilə əməliyyat olunmuşdu.

Xatırladaq ki, Zihni Göktay 1945-ci ildə İstanbulda anadan olub. Aktyor Türkiyənin teatr, kino və dublyaj sənətində qısa müddətdə uğur qazanıb. “Hababam sınıfı”, “Atla gel, Şaban”dakı obrazları ilə yadda qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31