xebermen.az

Elektron siqaretlərlə bağlı daha bir qadağa

10-07-2026, 17:18

 

Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilr.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli qanuna əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Beləliklə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunda da müvafiq uyğunlaşdırıcı dəyişiklik edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31