xebermen.az

Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi

17-07-2026, 11:37

 

Rusiyada “Ptaxa” ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev narkotik təbliğatı ilə bağlı iş üzrə məhkəmə qarşısına çıxıb.

Moskvanın Nikulin məhkəməsi reperi internetdə narkotik təbliğatı ilə bağlı inzibati iş üzrə 80 min rubl (təxminən 1754 manat) məbləğində cərimələyib.

Bildirilib ki, musiqiçi Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib. İşin səbəbi onun "VKontakte" sosial şəbəkəsində yayımlanan trekləri olub.

Məhkəmə iclasında iştirak edən ifaçı ittihamları qəbul etməyib. O bildirib ki, mahnıların müəllifi olsa da, onları sosial şəbəkədə özü paylaşmayıb. Reper qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, reper daha əvvəl onun barəsində açılan işə münasibət bildirərək, bunu yaradıcılıq və fikirlərinə qarşı təzyiq cəhdi kimi qiymətləndirmişdi. (Axşam.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31