xebermen.az

Rusiya Türkiyə şirkətinə məxsus gəmiyə hücum etdi - 5 ölü

20-07-2026, 13:02

 

Rusiya Odessa sahillərində Türkiyə şirkətinə məxsus yük gəmisini raketlərlə hədəf alıb.

Bu barədə Ukraynanın Baş naziri Sergiy Koretski məlumat yayıb.

O bildirib ki, Rusiya Ukraynanın Odessa sahillərində üzən yük gəmisinə üç kruiz raketi atıb. Hücum nəticəsində beş nəfər ölüb və yaralananlar var.

Koretskinin sözlərinə görə, raketlərdən biri də Hindistan, Suriya və Ukrayna vətəndaşlarından ibarət 18 nəfərlik heyət daşıyan gəmiyə dəyib və yanğına səbəb olub.

Qeyd olunub ki, Ukrayna Hərbi Dəniz Qüvvələri xilasetmə əməliyyatlarına başlayıb və yaralılar xəstəxanalara çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31