xebermen.az

Avropada anomal istilərin səbəbi bu imiş

22-07-2026, 13:01

 

Avropada anomal isti hava dövrləri Arktikada istiləşmə ilə bağlıdır. Bu səbəbdən cənubdan gələn hava kütlələri kifayət qədər soyumağa macal tapmadan şimala doğru hərəkət edir.

Bu italiyalı alimi Massimiliano Fatsini "RIA Novosti"yə açıqlamasında bildirib.

"Dəniz istiləşməni güclü şəkildə hiss edir, xüsusilə bu proses Arktikaya və şimal dənizlərinə təsir göstərir. Nəticədə okean, quru və atmosfer sistemində enerjinin miqdarı artır. Bunun nəticəsində subtropik hava kütlələri daha tez-tez uzaq şimala doğru irəliləyir", - deyə ekspert izah edib.

Mütəxəssəsin sözlərinə görə, bu proseslərin nəticəsi olaraq yay aylarında isti hava dalğaları daha tez-tez müşahidə olunur.

Qeyd edək ki, Avropa son illərin ən güclü isti hava dalğalarından birini yaşayır. Ən çox İspaniya, Portuqaliya, Fransa, İtaliya və Yunanıstan zərər çəkib. Apennin yarımadasında artıq üçüncü isti hava dalğası müşahidə edilir.

İtaliyada əvvəlki isti hava dalğasının pik həddi iyunun son günlərinə təsadüf edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31