xebermen.az

"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazdı

22-07-2026, 13:05

 

Azərbaycan və Almaniya enerji, nəqliyyat və ticarət sahələrini əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar, eyni zamanda, Kansler Fridrix Merts Moskvadan asılılığı azaltmaq üçün gələn ilə qədər illik 2 milyard kubmetrə çatması gözlənilən Azərbaycanın qaz tədarükünü alqışlayıb.

Bu barədə "Euronews"un Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına (AFR) rəsmi səfəri ilə bağlı hazırladığı yazıda bildirilib.

Qeyd olunub ki, tərəflər strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, enerji, nəqliyyat, infrastruktur, ticarət, investisiya, həmçinin elm və texnologiyanı əhatə edən bir sıra sazişlər imzalayıblar. "Bununla da Almaniya İtaliyadan sonra Azərbaycanla eyni sazişi imzalayan ikinci Avropa ölkəsi olub", - məqalədə bildirilib və əlavə edilib ki, Almaniya Bakının ən yeni qaz müştərilərindən birinə çevrilib.

Yazıda Cənub Qaz Dəhlizinin əhəmiyyəti də qabardılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31