xebermen.az

Peşə təhsilinə 28 mindən çox tələbənin qəbulu nəzərdə tutulur

23-07-2026, 15:39

 

"2026/2027-ci tədris ili üzrə 28 140 tələbənin peşə təhsilinə qəbul olunması hədəflənir".
 
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirdiyi brifinqdə deyib.
 
O bildirib ki, 2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb:
 
"2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb. Ayrılmış plan yerlərinin 3 000-i ilk peşə təhsili səviyyəsinə, 27 260-ı texniki peşə təhsili, 2 860-ı yüksək texniki peşə təhsilinə aiddir. Yeni tədris ili üzrə 28 140 tələbənin qəbul olunması hədəflənir".
 
İ.Bayramlı qeyd edib ki, qəbul planının 74%-ni (24 425 yer) dövlət sifarişli yerlər təşkil edir:
 
"Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52 % artıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31