xebermen.az

BMW 318 mindən çox avtomobili geri çağırır

24-07-2026, 11:30

 

BMW şirkəti ABŞ bazarında təhlükəsizlik səbəbindən genişmiqyaslı geriçağırma kampaniyasına başlayıb.

Məlumata görə, qərar mühərrik starterinin həddindən artıq qızması nəticəsində yanğın riskinin yaranması ehtimalı ilə əlaqədardır. Bu səbəbdən ümumilikdə 318 495 avtomobil geriçağırma proqramına daxil edilib.

Kampaniya BMW-nin 3 və 4 seriyaları, "X3", "X4" modelləri, eləcə də BMW ilə eyni platformada istehsal olunan "Toyota Supra" avtomobillərini əhatə edir.

Şirkət bildirib ki, qüsur aşkar olunan avtomobillərin starterləri rəsmi diler mərkəzlərində heç bir ödəniş tələb olunmadan yenisi ilə əvəz ediləcək. Bununla da mümkün təhlükənin qarşısının alınması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31