xebermen.az

Türkiyənin ən bahalı və ucuz şəhərləri məlum oldu

30-07-2026, 13:00

 

Türkiyədə mənzil qiymətləri artmaqda davam edir. Ölkənin Mərkəzi Bankının son məlumatlarına görə, 100 kvadratmetrlik mənzilin orta qiyməti 5 milyon 188 min 590 lirəyə yüksəlib.

Ölkədə ən bahalı mənzillər İstanbulda qeydə alınıb.

Belə ki, İstanbulda 100 kvadratmetrlik mənzilin orta qiyməti 8 milyon 730 min 100 lirə təşkil edir. Siyahıda ikinci yerdə 8 milyon 241 min 970 lirə ilə Muğla qərarlaşıb.

Antalya, İzmir və Çanaqqala da orta mənzil qiymətinin 5 milyon lirəni keçdiyi şəhərlər sırasındadır.

Ən aşağı qiymətlər isə Ağrıda qeydə alınıb. Burada 100 kvadratmetrlik mənzilin orta dəyəri 2 milyon 194 min 900 lirədir. Ağrıdan sonra Mardin, Kilis və Şırnak ən ucuz mənzil bazarına malik şəhərlər olub.

Mərkəzi Bankın Mənzil Qiymətləri İndeksinə əsasən, illik qiymət artımı ən çox Hatay, Kahramanmaraş və Osmaniyedə (33,1 faiz), ən az isə Ədirnə, Kırklareli və Tekirdağda (16,5 faiz) qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31