xebermen.az

Arda Gülerin maaşı bəlli oldu

30-07-2026, 18:58

 

İspaniya nəhəngi “Real Madrid”in 2026/2027 mövsümü üçün futbolçulara ödəyəcəyi maaşlar açıqlanıb. “Capology” maliyyə platformasının yaydığı siyahıda Türkiyə millisinin və Madrid təmsilçisinin gənc ulduzu Arda Gülerin də illik qazancı məlum olub.

Ötən mövsüm uğurlu çıxışı ilə diqqət çəkən və komandanın ən çox forma geyinən futbolçularından biri olan Arda Güler həftəlik 100 min avro əməkhaqqı alacaq. Bu isə illik təxminən 5,2 milyon avro deməkdir. Bu göstərici ilə 21 yaşlı yarımmüdafiəçi “Kral klubu”nun ən yüksək maaş alan futbolçuları arasında 19-cu pillədə qərarlaşıb.

Maaş siyahısına həftəlik 600 min avro gəlirlə komandanın yeni transferi Kilian Mbappe başçılıq edir. Onu həftəlik 480 min avro ilə Vinisius Junior, 400 min avro ilə isə Cud Bellingem izləyir.

Arda Gülerin ötən mövsüm göstərdiyi məhsuldar performansa baxmayaraq, maaş sıralamasında aşağı pillələrdə yer alması sosial şəbəkələrdə futbol azarkeşləri arasında geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi gənc futbolçunun meydandakı çıxışının daha yüksək əməkhaqqına layiq olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31