xebermen.az

"32 kütləvi məzarlıq aşkar edilib"

Dünən, 16:37

 

Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib, 328 itkin şəxsin kimliyi DNT analizi vasitəsilə müəyyənləşdirilib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımında bildirib.

“Bu baxımdan, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların dəfn olunduğu yerlər barədə dəqiq və hərtərəfli məlumatların təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Belə əməkdaşlıq hər şeydən əvvəl humanitar öhdəlikdir və minlərlə ailənin onilliklər boyu yaşadığı qeyri-müəyyənliyə son qoyulması üçün zəruridir. Çətin relyef və hava şəraitinə, habelə minaların və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslar və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirilir”, - deyə Hikmət Hacıyev qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31