xebermen.az

Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir

Bu gün, 10:10

 

Dünyanın hər yerində yüzmilyonlarla uşaq ən elementar bilikləri belə əldə edə bilmir. Bir çox uşağın məktəbə getmək imkanı yoxdur və onlar əsasən ev şəraitində təhsil alırlar. Beynəlxalq ictimaiyyət bu məsələnin həlli üçün təcili tədbirlər görməlidir.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəhbəri Ketrin Rassel çıxışı zamanı bildirib.

"Hazırda 273 milyon uşaq və gənc təhsil müəssisələrinə getmir. Daha yüzmilyonlarla uşaq isə məktəbdə oxumasına baxmayaraq, zəruri baza bilik və bacarıqlarına yiyələnə bilmir. Biz təhsil sahəsindəki bu böhranı dərhal aradan qaldırmalıyıq", - deyə Ketrin Rassel vurğulayıb.

O həmçinin əlavə edib ki, qlobal təşkilatlar uşaqlara qarşı kütləvi zorakılıq hallarına qarşı mübarizə aparmalıdırlar. Onun sözlərinə görə, hər il dünyada uşaqların yarısından çoxu evdə, təhsil müəssisələrində, yaxın ətraflarında və internet məkanında müxtəlif növ zorakılıqla üzləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930