İki milyon insanın taleyi GÜNDƏMDƏ: Qəzza ilə bağlı plan müzakirə olunur
İsrail ABŞ-nin yaşıl işıq yandıracağı təqdirdə Qəzza sakinlərini müharibə nəticəsində dağıdılmış ərazidən çıxarmağa hazırdır.
Bunu İsrailin müdafiə naziri İsrael Kats "Ynet" portalının təşkilatçılığı ilə keçirilən konfransda bildirib.
"Son nəticədə Qəzza əhalisinin köçürülməsi olmadan burada real həll yolu yoxdur", - deyə nazir bildirib.
Ötən il ABŞ Prezidenti Donald Tramp Qəzzanın təxminən iki milyon sakinini Misir və İordaniya kimi ölkələrə köçürməyi təklif etmişdi. Lakin ABŞ-də və Yaxın Şərqdə ictimaiyyətin kəskin etirazından sonra bu planından geri çəkilmişdi.
Katsın sözlərinə görə, Tramp öz ideyasından imtina etməyib, sadəcə ərəb ölkələrinin təzyiqi ilə onu dayandırıb. İsrailin müdafiə naziri vurğulayıb ki, plan təxirə salınmayıb, hazırda da onunla bağlı mütəmadi müzakirələr aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: