ABŞ-da Prezident Donald Trampın təsvirinin yer aldığı 1 dollarlıq sikkələr dövriyyəyə buraxılıb.
Bu barədə ABŞ Zərbxanası məlumat yayıb.
Sikkələri qurumun rəsmi internet saytı vasitəsilə almaq da mümkündür. 100 ədəd sikkədən ibarət dəstin qiyməti 154 dollar müəyyən edilib.
Sikkənin ön hissəsində Donald Trampın təsviri ilə yanaşı, “LIBERTY, IN GOD WE TRUST” və “1776-2026” yazıları həkk olunub.
Arxa tərəfdə isə ABŞ prezidentinin möhürü – zeytun budağı və oxlar tutan qartal təsvir edilib. Qartalın sinəsindəki qalxanın üzərinə ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə “250” rəqəmi yerləşdirilib. Burada həmçinin “UNITED STATES OF AMERICA”, “ONE DOLLAR” və “E PLURIBUS UNUM” yazıları yer alır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident yerli televiziya kanallarına müsahibə verdi - TAM MƏTN/VİDEO/YENİLƏNDİ
İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi
Qərbin qarşısında yeni sual: Müharibədən sonra Rusiya necə olacaq?
Azərbaycanda sosial müavinətlərin məbləği ARTIRILDI - FƏRMAN