xebermen.az

Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir

Bu gün, 15:30

Sədərəyin işğal altında olan Kərki kəndinin qaytarılması məsələsi hər keçən gün daha da aktuallaşır. Ermənistanın baş naziri Nikol Paşinyan Kərkinin, eləcə də Qazaxın anklav olan üç kəndinin onlara məxsus olmadığını, buna görə delimitasiya prosesində Azərbaycana təhvil verilcəyini açıqlayıb. Zəngakatun (tarixi adı Çanaqçı) kənd məktəbinin həyətindəki heykəlin götürülməsi də Ermənistanda Kərkinin qaytarılmasına hazırlıq prosesi kimi qiymətləndirilir.

Naxçıvanla sərhəddə yerləşən Zəngakatun kəndində erməni şair Paruyr Sevakın heykəli götürülüb.

Heykəl ötən il heykəltəraş Levon Tokmajyan tərəfindən hazırlanıb. Heykəl kənd məktəbinin həyətinə qoyulduqdan sonra müzakirələrə səbəb olub, hətta şairin nəvəsi Sevak Qazaryan babasının abidəsinin kənddən götürülməsinin düzgün addım olacağını bildirib. Məlumatlara görə, heykəl artıq kənd məktəbinin həyətindən götürülüb.

Heykəli hazırlayan Levon Tokmajyan isə iddia edir ki, məqsəd Tiqranaşeninin (Kərki) təhvil verilməsinə hazırlıqdır.

“Heykəlin götürülməsi siyasi qərar idi. Çünki heykəlin qoyulduğu məktəbin yanındakı yolu Azərbaycana təhvil verəcəklər. Məktəb həmin küçənin düz yanındadır”, - o bildirib.

Qeyd edək ki, anklav olan Kərkinin qaytarılması zamanı kəndə çıxış üçün dəhliz də verilməlidir. Mümkündür ki, Levon Tokmajyanın veriləcəyini iddia etdiyi yol Kərki kəndinə çıxış üçün nəzərdə tutulan dəhliz ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930