xebermen.az

Türk iş adamlarının Ermənistana səfərini kim maliyyələşdirib? - Detallar açıqlandı

Bu gün, 15:47

 

150 türk iş adamının Ermənistana gəldiyi və “Holiday Inn” otelində erməni iş adamları ilə iki günlük iqtisadi forumda iştirak etdiyi barədə məlumat vermişdik.

Türk iş adamlarının səfəri ilə bağlı bəzi təfərrüatlar açıqlanıb.

“Hrapak” nəşri yazır ki, Sənayeçilər və İş Adamları Birliyi tərəfindən təşkil edilən tədbir Avropa İttifaqından Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və sərhədyanı əlaqələrin gücləndirilməsi layihəsi çərçivəsində aldığı qrant hesabına maliyyələşib.

Türk iş adamlarının səfərinə gəldikdə, məlum oldu ki, Ermənistan tərəfi türk iş adamlarının seçilməsində iştirak etməyib, hətta ziyarətçilərin sayını belə müəyyən etməyib.

Ermənistan tərəfi yalnız erməni iş adamlarına dəvətnamə göndərib və 140 nəfər forumda iştirakını təsdiqləyib, lakin tədbirdə təxminən 120 iş adamı iştirak edib.

Bundan əlavə, Türkiyə tərəfinin bütün xərcləri, o cümlədən yemək, İrəvanın mərkəzində oteldə yerləşmə, görməli yerlərə turlar və s. qrant vəsaiti hesabına ödənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930