xebermen.az

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

17-09-2026, 13:43

 

“Windows 11”də kompüteri formatlamaq üçün USB yaddaşdan istifadə ehtiyacı azalır.

“Microsoft” yeni “Cloud Rebuild” funksiyası ilə sistemi birbaşa bulud üzərindən sıfırlama imkanını təqdim edib.

“Windows 11 Insider Beta”nın 26220.9343 versiyasında istifadəyə verilən funksiya sistem tamamilə çöksə belə, yeni “Windows” versiyasını buluddan yükləyərək quraşdırır və əsas drayverləri avtomatik bərpa edir.

Bunun üçün fiziki yükləmə daşıyıcısına və xüsusi quraşdırma fayllarına ehtiyac qalmır.

Bundan əlavə, yeniləmə “Wi-Fi” profillərinin saxlanılması, yeni interfeys imkanları, qaranlıq rejim və “OneDrive” vasitəsilə avtomatik foto-video ehtiyat nüsxələmə funksiyalarını da gətirir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031