xebermen.az

İranı xəyanətdə ittiham edən Putinə SEPAH-dan cavab gəldi

20-12-2024, 10:14

 

Rusiya prezidenti Vladimir Putin Suriyadakı hadisələrlə bağlı açıqlama verib.

Ölkəsinin Suriyadakı mövqeyi ilə bağlı məlumat verən Putin Bəşər Əsəd rejiminin devrilməsinin Rusiya üçün məğlubiyyət demək olmadığını bildirib.

Putin Əsədin Suriyada süqut etməzdən əvvəl ümumilikdə 30 min rejim əsgərinin və iranpərəst silahlıların döyüşsüz şəkildə geri çəkildiyini və 4 min iranpərəst silahlını Tehrana apardıqlarını iddia edib.

Bu bəyanatlar İran tərəfindən təkzib edilib. Putinin bu sözlərinin həqiqəti əks etdirmədiyini bildirən İnqilab Keşikçiləri Ordusu (SEPAH) ölkədəki son qarşıdurmalarda 15 hərbiçinin həyatını itirdiyini iddia edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31