İqtisadiyyat - XEBERMEN.AZ - Operativ Xəbər Portalı 24/7

Qızıl və gümüş UCUZLAŞDI
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,44% azalaraq 4,556.4 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti isə 0,69% azalaraq 76.20 ABŞ dolları təşkil edib.

Ekspertdən dollarla bağlı yeni proqnoz - Məzənnə kəskin arta bilər
2026-cı ilin sonunda dolların məzənnəsinin 90 rubl (plus-minus 2-3 rubl) səviyyəsində olacağı gözlənilir.

Bu barədə “Qarda Kapital” şirkətinin investisiya strateqi Aleksandr Baxtin Gazeta.ru-ya müsahibəsində bildirib.

Ekspert qeyd edib ki, bu, hazırda Rusiya maliyyə bazarında böyük banklar və brokerlərin konsensus proqnozudur:

“Məntiq sadədir: dekabr ayına qədər uçot dərəcəsinin 11–12%, rubl əmanətlərinin gəlirliliyinin isə 9–10% civarında olması gözlənilir. Eyni zamanda, Maliyyə Nazirliyi büdcə qaydası ilə tam işləyir və idxal ötən ilin səviyyəsinə bərpa olunur. Bütün bunlar dolların hazırkı 74 rubl səviyyəsindən yarım ildən az müddətdə 85–90 rubla qədər tədricən yüksəlməsinə səbəb olacaq”.

A. Baxtinə görə, neftin qiyməti yüksək qalarsa, dollar 85–88 rubla, əksinə, mənfi ssenari reallaşarsa və uçot dərəcəsi sürətlə aşağı düşərsə, məzənnə 95–100 rubla qədər arta bilər.

Strateq rublun zəifləməsinə təsir edən əsas amilləri aşağıdakı kimi sıralayıb:

Uçot dərəcəsinin dəyişməsi: Uçot dərəcəsinin hər 1 faiz bəndi azalması rublun orta hesabla 2–3% zəifləməsinə gətirib çıxarır.

İdxalın artımı: Kredit faizləri aşağı düşdükcə idxal həcmləri artacaq ki, bu da valyutaya olan tələbatı yüksəldir.

Büdcə qaydası: Maliyyə Nazirliyinin büdcə qaydası çərçivəsində valyuta alışlarını artırması rubla təzyiq göstərir.

Ekspert sonda əlavə edib ki, neftin qiyməti və geosiyasi vəziyyət qısamüddətli dəyişkənliyə səbəb olsa da, rublun uzunmüddətli məzənnəsini məhz qeyd olunan üç amil müəyyən edir.

Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri
Beynəlxalq Valyuta Fondu tərəfindən 2026-cı ilin aprel ayında dərc olunmuş "World Economic Outlook" hesabatında qlobal iqtisadi artım proqnozunun 0,3 faiz bəndi aşağıya doğru revisiya edilməsi, eləcə də, neft ixrac edən ölkələr üzrə iqtisadi artım proqnozunun 2,6 faiz bəndi azaldılması dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və risk amillərinin artdığını bir daha təsdiqləyir. Mövcud qlobal çağırışlar fonunda, enerji bazarlarında müşahidə olunan kəskin qiymət volatilliyi və geoiqtisadi gərginliklər beynəlxalq iqtisadi mühitə təsirsiz ötüşməyib.

Qlobal iqtisadi qeyri-müəyyənliklərin və enerji bazarlarında dalğalanmaların gücləndiyi şəraitdə Azərbaycan iqtisadiyyatında 2026-cı ilin birinci rübü ÜDM-də cüzi – 0,3 faiz azalma qeydə alınsa da, bu dinamika daha çox qlobal enerji bazarlarında qiymət dəyişkənliyi və əsasən, neft hasilatının 3,4 faiz azalması hesabına baş verib. Mövcud makroiqtisadi şərait fonunda, cari ilin I rübündə qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi davam etmiş, iqtisadi fəallığın əsasən daxili tələbin genişlənməsi, investisiya axınlarının sabitliyi, xidmət sektorunun dinamik inkişafı, sənayedə yüksək artım templəri hesabına formalaşdığı müşahidə olunub. Müvafiq dövr üzrə qeyri-neft-qaz sənayesində 7,0 faiz, informasiya və rabitə sektorunda 9,2 faiz, ticarət sahəsində isə 3,7 faiz artım qeydə alınıb. 2026-cı ilin ilk rübü ərzində adambaşına düşən gəlirlər 6,6% artıb. Bu dövr ərzində ümumi istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 4,6% artıb. Belə ki, pərakəndə ticarət dövriyyəsində 3,7%, ictimai iaşədə 5,2%, ödənişli xidmətlərdə 8,8% artım müşahidə olunub.

Tikinti sektorunda əlavə dəyərin 19,8 faiz azalması qeydə alınmışdır ki, bu da əsasən hər ilin birinci rübündə dövlət investisiyalarının planlı şəkildə mərhələli icrası, tikinti-quraşdırma işlərinin mövsümi xarakter daşıması və iri infrastruktur layihələri üzrə aktivliyin sonrakı dövrlərdə artması ilə bağlıdır. Bu konteksdə, Dövlət İnvestisiya Proqramı, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının uğurla icrası 2026-cı ilin növbəti rüblərində tikinti sektorunda fəallığın artmasına, investisiya axınlarının sürətlənməsinə və əlavə dəyərin bərpa olunmasına mühüm töhfə verəcəkdir.

Bundan əlavə, nəqliyyat və turizm kimi sektorlarda müşahidə olunan müvəqqəti zəifləmə daha çox qlobal xarici siyasətdə baş verən dəyişikliklər, geosiyasi amillər və beynəlxalq logistika sahəsində yaranan çətinliklərlə əlaqədardır. Bununla belə, yaxın dövrdə iri infrastruktur layihələrinin yenidən aktivləşdirilməsi və dövlət investisiyalarının artırılması bu sahələrdə canlanmanın təmin edilməsində əsas amillərdən biri kimi çıxış edəcək.

Həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq, əsas kapitala yönəldilən investisiyalar 14,9% artmış, neft-qaz sektorunda isə bu artım daha dinamik xarakter alaraq 44,6%-ə yüksəlib. Eyni zamanda, qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsi üzrə investisiyalarda 17,3% artımın qeydə alınması özəl sektorun iqtisadi fəallığının genişləndiyini əks etdirir.

Bununla yanaşı, 2026-cı ilin birinci rübündə qeyri-neft-qaz sektorunun ixracı 11,7% artmış, onun artım tempi ARDNF-nin qızıl idxalı istisna olmaqla idxalın artım tempini (1,2%) 10 dəfəyədək üstələmişdir.

Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına bərabər olub. Müvafiq dövr üzrə ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4%, pambıq lifi 43,5%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 20,4%, çay 15,1%, spirtli və spirtsiz içkilər isə 4,3% artıb. Həmçinin, aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4% artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8% artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.

Bu artım dinamikaları ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan islahatların və qeyri-neft sektorunun inkişafına yönəlik tədbirlərin real nəticələr verdiyini, iqtisadiyyatın xarici şoklara davamlılığını və daxili resurslar hesabına dayanıqlı inkişaf imkanlarını nümayiş etdirir.

Qeyd edək ki, 10 aprel tarixində keçirilmiş İqtisadi Şuranın iclasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və biznes mühitinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm məsələlər ətraflı şəkildə müzakirə olunmuşdur. İclasın gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup" tərəfindən hazırlanmış "Tikinti və kommunal infrastruktura qoşulma" və "Sənaye" sahələrində mövcud problemlər xüsusi diqqət mərkəzində saxlanılmışdır.

Bununla yanaşı, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya" tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafının dəstəklənməsi, rəqabətqabiliyyətliliyin artırılması və iqtisadi aktivliyin genişləndirilməsi məqsədilə sahibkarlar arasında idxal-ixrac əməliyyatları, maliyyə xidmətləri, vergi və turizm sahələrini əhatə edən sorğuların keçirilməsi dövlətin sistemli və çevik iqtisadi idarəetmə yanaşmasının bariz nümunəsi kimi çıxış edir. Bu istiqamətdə həyata keçirilən institusional islahatlar ölkənin biznes mühitinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etməklə yanaşı, şəffaflığın artırılması və özəl sektorun qərarvermə prosesində iştirak imkanlarının genişləndirilməsinə də zəmin yaradır. Bu baxımdan qeyd etmək lazımdır ki, Dünya Bankı "Business Ready-2025" (B-Ready, "Biznesə daxilolma") hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi göstəriciləri üzrə qiymətləndirib. Eyni zamanda, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən 2026-cı il üzrə Azərbaycanda iqtisadi artım proqnozlarının müvafiq olaraq 2,0 faiz və 2,2 faiz səviyyəsinə yüksəldilməsi ölkədə həyata keçirilən makroiqtisadi siyasətin dayanıqlılığını və struktur islahatların effektivliyini beynəlxalq səviyyədə təsdiqləyən mühüm göstərici kimi çıxış edir.

Bütün bu tədbirlər kompleks şəkildə ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, biznes mühitinin daha da təkmilləşdirilməsinə, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsinə münbit şərait yaradır. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanır ki, bu çərçivədə müəyyən olunacaq hədəflər iqtisadi artımın keyfiyyətcə yeni mərhələyə keçidinin təmin olunmasına xidmət edəcək.

Türkiyədə ərzaq qiymətləri sürətlə artır: Səbəb bəllidir
ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Türkiyədə ərzaq qiymətləri 20% artıb.

"Türkiye" qəzetinin məlumatına görə, enerji, logistika və qablaşdırma xərclərinin artması bütün qida sənayesinə təsir edib.

Qida Sənayesi Assosiasiyaları Federasiyasının rəhbəri Hüseyn Bozdağ bildirib ki, müharibə başlayandan bəri meyvə-tərəvəz qiymətləri 15-20% artıb və nəqliyyat xərcləri fermadan çəngələ təchizat zəncirlərini ciddi şəkildə pozub.

Nəşrin qeyd etdiyinə görə, qiymət artımı hər mərhələdə yeksəlir: fermada 8 lirəyə başa gələn məhsul topdansatışda 26 lirəyə, supermarketdə isə 50 lirəyə çatır.

Türkiyə əsas enerji idxalçısıdır, ona görə də Yaxın Şərqdə İranla bağlı münaqişə yanacaq qiymətlərinə və nəticədə logistika və istehsal xərclərinə birbaşa təsir göstərir. Bundan əlavə, Türkiyə İranla həmsərhəddir və kənd təsərrüfatı ixracı da daxil olmaqla, onunla sıx iqtisadi əlaqələrə malikdir.

Hərbi əməliyyatlar və sonrakı sanksiyalar nəticəsində enerji qiymətlərinin artması ənənəvi olaraq qida məhsullarının daşınması, saxlanması və qablaşdırılması üçün daha yüksək xərclərə səbəb olur. Son illərdə Türkiyə iqtisadiyyatı üçün xroniki problem olan yüksək inflyasiya vəziyyəti daha da ağırlaşdırır - 2025-ci ilin sonuna qədər ölkədə illik inflyasiya 40%-i keçib. İrana qarşı müharibənin əlavə xarici şoku qida qiymətlərində gözləniləndən daha yüksək olan əlavə bir artıma səbəb olub.

Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
Bir neçə ölkənin mərkəzi bankları qızıl ehtiyatlarını fəal şəkildə azaltmağa başlayıblar.

Bu barədə "CNBC" telekanalı məlumat yayıb.

Bildirilir ki, son aylarda dünyadakı tənzimləyicilər Yaxın Şərqdəki müharibənin yaratdığı likvidlik problemləri səbəbindən qızıl almaqdan satmağa keçiblər. Beləliklə, qızıl yanvar ayındakı pik həddi aşaraq qiymətlərin düşməsi dövrünə qədəm qoyur.

2026-cı ildə Türkiyə qızıl ehtiyatlarını 131 ton azaldıb. Qana ən çox qızıl satan digər ölkədir. Polşanın tənzimləyici orqanı da qızıl satmağı nəzərdən keçirir.

Qeyd edək ki, Yaxın Şərqdəki müharibə səbəbilə qlobal qızıl və gümüş qiymətləri sürətlə artmışdı.

Dollarla bağlı YENİ PROQNOZ - Yaya qədər...
Mövcud konyukturanı nəzərə alsaq, dolların məzənnəsi yaya qədər 75 rubla qədər düşəcək.

Bu barədə "Gazeta.Ru"ya "Qarda Kapital"ın investisiya strateqi Aleksandr Baxtin bildirib.

O vurğulayıb ki, rublun sabitliyinin "üç sütunu" xarici valyutaya olan zəif tələbat, Rusiyada valyutanın rahat təklifi və yüksək uçot dərəcəsidir.

"Birinci və üçüncü faktorlar bir-biri ilə bağlıdır - yüksək faiz dərəcələrinin uzun müddət davam etməsi fonunda iqtisadiyyat soyumağa başlayıb. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, yanvar-fevral aylarında Rusiyanın ÜDM-i illik ifadədə 1,8% azalıb. Fevral ayında pərakəndə satışların templəri son üç ilin minimumuna qədər yavaşlayıb. Təbii ki, idxala olan tələbat da zəifləyib, müvafiq olaraq xarici valyutalara ehtiyac azalıb. Valyuta təklifi isə neftin əhəmiyyətli dərəcədə aşağı qiymətlərində belə rahat səviyyədə idi, indi isə bazar valyuta təklifinin artacağını gözləyir", - deyə Baxtin qeyd edib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyinin iyulun 1-nə qədər valyuta bazarını tərk etməsi rublun məzənnəsinin neft qiymətləri ilə korrelyasiyasını artıracaq. İnvestisiya strateqi izah edib ki, bu, rublun məzənnəsində volatilliyin artmasına səbəb ola bilər. Onun fikrincə, rublun möhkəmlənməsini cilovlaya biləcək amil uçot dərəcəsinin aşağı salınması kursudur ki, bu da aprel ayında dərəcənin 50 baza bəndi azaldılaraq 14,5%-ə düşürülməsi ilə dəstəklənəcək. Rublun əleyhinə olan digər faktorlar isə yüksək büdcə xərcləri və yay mövsümü öncəsi aktivləşən mövsümi tələbatdır.

Avropa İttifaqı çökür: 2026-cı il üçün dəhşətli proqnoz
Avropa İttifaqı (Aİ) 2026-cı ildə iqtisadi çöküşlə üzləşəcək.

Bu iddia ilə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev çıxış edib.

O, Almaniyanın 15 yeni atom elektrik stansiyası tikmək, Rusiya neft və təbii qazına tətbiq edilən sanksiyaları ləğv etmək, həmçinin "Şimal Axını 2" qaz kəmərinin bərpası üçün vəsait ayırmaq niyyəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Aprel axmaqlığının ironiyası ondadır ki, aşağıda təsvir olunan bütün bu addımlar əslində etiraf olunmayan, lakin Aİ-ni zəiflədən əvvəlki strateji səhvləri düzəldəcək”, - deyə Dmitriyev qeyd edib.

Rusiya rəsmisi əmindir ki, aprel ayı bir çox avropalı siyasətçini yuxudan oyadacaq. Onun sözlərinə görə, mövcud enerji böhranı ilin sonunda qaçılmaz iqtisadi kollapsa səbəb olacaq.

Dünya bazarında neft bahalaşır - Son göstəricilər açıqlandı
Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib.

Bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 02:15-ə olan məlumata görə, "Brent" markalı neftin bir barelinin qiyməti 2,74 % artaraq 115,65 dollara çatıb.

Saat 02:25-ə qədər artım yavaşlayıb və kotirovkaları 115,40 dollara çatıb (2,51 % artım).

Banklarda yeni qayda qüvvəyə mindi
Məsafədən hesabların açılması qaydası təsdiqlənib.

Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun 15 dekabr 2025-ci ildə imzaladığı müvafiq qərar 2026-cı il martın 30-dan qüvvəyə minib.

Belə ki, bu Qayda kredit təşkilatlarında, investisiya şirkətlərində, poçt rabitəsinin milli operatorunda, ödəniş təşkilatlarında (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla), habelə elektron pul təşkilatlarında (bundan sonra - nəzarət subyektləri) məsafədən hesabların açılması qaydasını müəyyən edir.

İki və ya daha çox şəxsə məsafədən birgə hesab açıldıqda bu Qaydanın tələbləri həmin şəxslərin hər birinə ayrı-ayrılıqda tətbiq edilir.

Əsas anlayışlar

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

məsafədən hesabların açılması- nəzarət subyekti əməkdaşının və məsafədən hesabın açılması üçün müraciət edən şəxsin (bundan sonra - müştəri) eyni zamanda birgə fiziki iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə hesabların açılması;
hesab - bank və digər ödəniş hesabı, müştəri hesabı (depo hesabı və marja hesabı);
şəxsin eyniləşdirilməsi - şəkil çəkilişi, videoçəkiliş və ya videozəng vasitəsilə müştərinin eyniləşdirilməsi və verifikasiyası;
videozəng - nəzarət subyekti əməkdaşının və müştərinin iştirakı ilə real vaxtda informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi;
şəkil çəkilişi - nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə fotoqeydiyyat formasında həyata keçirilən şəxsin eyniləşdirilməsi;
videoçəkiliş - nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi.

Bu Qaydada istifadə edilən "gücləndirilmiş elektron imza" anlayışı "Elektron imza və elektron sənəd haqqında" Qanunla müəyyən edilmiş mənaları ifadə edir.

Bu Qaydada istifadə olunan digər anlayışlar digər normativ hüquqi və normativ xarakterli aktlarda müəyyənləşdirilmiş mənaları ifadə edir.

Hesabların məsafədən açılması

Məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindən istifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiya sistemi, proqram təminatı "Fərdi məlumatlar haqqında" Qanun və digər hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.

Fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndə qismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqi şəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqla müştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesab açılmasına yol verilmir.

Nəzarət subyekti məsafədən açılan hesablar ilə bağlı limitlər müəyyən etdikdə, bu barədə müştəriyə məlumat verilməli və hesab açılarkən həmin limitlərə riayət olunmalıdır.

Nəzarət subyekti xidmət göstərdiyi şəxsin yazılı müraciəti ilə ona məsafədən hesab açılmasını məhdudlaşdırmaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət yalnız həmin şəxsin nəzarət subyektində fiziki iştirakı ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.

Müraciətin edilməsi

Məsafədən hesab açılması üçün müştəri tərəfindən nəzarət subyektinə elektron qaydada müraciət edilir.

Aşağıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqla müştərinin müraciəti əsasında nəzarət subyekti tərəfindən hesabın açılması üçün qanunvericiliklə tələb edilən məlumat və sənədlər nəzarət subyektinə təqdim olunmalıdır. Məlumat və sənədlər elektron formada təqdim edildikdə məlumatlar müştərinin, sənədlər onları tərtib etmiş şəxslərin gücləndirilmiş elektron imzası ilə təsdiqlənmiş formada, kağız daşıyıcıda təqdim edildikdə isə əsli və ya surəti qanunvericiliyə uyğun olaraq təsdiqlənmiş formada olmalıdır.

Aşağıdakı hallarda müştəridən məlumat və sənədlərin nəzarət subyektinə təqdim edilməsi tələb olunmur:

nəzarət subyektində daha öncə hesabın açılması zamanı əldə edilmiş müvafiq məlumat və sənədlər mövcud olduqda və bu məlumat və sənədlər müştəri uyğunluğu tədbirlərinin davamlı olaraq tətbiq edilməsi nəticəsində yenilənmiş olduqda;
nəzarət subyekti "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna müvafiq olaraq qəbul edilmiş "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar"a (bundan sonra - MUT Qaydaları) uyğun olaraq tələb edilən məlumat və sənədləri "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna müvafiq olaraq üçüncü şəxslərə güvənərək əldə etdikdə;
dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda nəzarət subyekti tərəfindən müvafiq məlumat və sənədlər həmin informasiya sistemlərindən əldə edildikdə.

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən MUT Qaydalarına uyğun olaraq verifikasiya tədbirləri görülür, nəzarət subyektinin daxili qaydalarına uyğun olaraq risk qiymətləndirilməsi həyata keçirilir. Risk qiymətləndirilməsi nəticələrindən asılı olaraq prosesə xitam verilməsi halları nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilir.

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən müştərinin fəaliyyət qabiliyyəti, səlahiyyəti və gücləndirilmiş elektron imzası qanunvericiliyə uyğun olaraq yoxlanılır.

Şəxsin eyniləşdirilməsi

Bu Qayda ilə müəyyən edilmiş şəxsin eyniləşdirilməsinə dair tələblərin tətbiqi üzrə biznes proseslərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasından öncə nəzarət subyekti tərəfindən əməliyyat və komplayens risklərinin təhlili və onların effektiv idarə edilməsi məqsədilə tədbirlər, o cümlədən müvafiq təhlükəsizlik tədbirləri görülür.

Şəxsin eyniləşdirilməsindən əvvəl nəzarət subyekti tərəfindən müştəri eyniləşdirilmənin keçirilməsi ilə bağlı qaydalarla və müəyyən edilmiş şərtlərlə tanış edilir, habelə hesabın açılması üçün qanuna uyğun olaraq tələb olunan fərdi məlumatların "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq alınır.

Bu Qaydanın "Müraciətin edilməsi" hissəsinə uyğun olaraq, müvafiq prosedurlardan keçən şəxsə münasibətdə şəxsin eyniləşdirilməsi prosesinə başlanılır.

Şəxsin eyniləşdirilməsi risk əsaslı yanaşma nəzərə alınmaqla, nəzarət subyekti tərəfindən təsdiq edilmiş daxili qaydalar əsasında aşağıdakı üsullardan biri və ya bir neçəsinin tətbiqi yolu ilə həyata keçirilir:

şəkil çəkilişi vasitəsilə eyniləşdirmə;
videoçəkiliş vasitəsilə eyniləşdirmə;
videozəng vasitəsilə eyniləşdirmə.

Nəzarət subyekti tərəfindən şəkil çəkilişi, videoçəkiliş və ya videozəng nəticəsində müvafiq görüntülər əldə edilməlidir. Görüntülər aşağıdakı tələblərə uyğun olmalıdır:

görüntü və səs keyfiyyəti azı sinxronizasiya olunmuş şəkildə bütün proses zamanı şəxsin eyniləşdirilməsinə və verifikasiyasına imkan verməlidir;
görüntü rəngli olmalıdır;
görüntüdə şəxsin üz təsviri aydın görünməli, üz təsviri açıq olmalı və üzərinə kölgə düşməməli, üz təsvirini örtən hər hansı əşya, o cümlədən eynək və ya üzüörtən hər hansı bir vasitə olmamalıdır;
görüntüdə şəxsdən başqa üçüncü şəxslər iştirak etməməli, o cümlədən üçüncü şəxslərin köməyindən istifadə olunmamalıdır.

Videozəng real vaxtda və fasiləsiz olaraq həyata keçirilir.

Şəxsin eyniləşdirilməsi prosesində fiziki şəxsin canlılığını aşkarlayan üsullar istifadə edilməlidir. Canlılığın yoxlanılması proqram təminatı vasitəsilə həyata keçirilməlidir. Şəxsin canlı insan olduğundan əmin olmaq üçün ondan təsadüfi sıra ilə minimum 3 hərəkətin edilməsi tələb olunur. Proqram təminatı vasitəsilə şəxsin reaksiyalarının verilmiş tapşırıqlara uyğunluğu, şəxsin üz təsvirinin canlı dinamikası, o cümlədən onun şüurlu idarə edə bilmədiyi təbii fizioloji reaksiyaları təhlil edilir.

Şəxsin eyniləşdirilməsi zamanı şəxsin üz təsviri onun dövlət informasiya sistemindəki fotoşəkili ilə proqram təminatı vasitəsilə üzləşdirilir.

Nəzarət subyektində hesabı mövcud olan müştərilər tərəfindən həmin nəzarət subyektində məsafədən yeni hesabın açılması zamanı şəxsin eyniləşdirilməsinin həyata keçirilməsi tələb olunmur. Nəzarət subyekti bu qaydada hesabın açılmasını riskli hesab edərsə, yuxarıda nəzərdə tutulan üsullardan birini və ya bir neçəsini tətbiq edə bilər.

Şəxsin eyniləşdirilməsi zamanı nəzarət subyekti ilə müştəri arasındakı rabitənin bütövlüyü və məxfiliyi, o cümlədən məlumatların ötürülməsi kanallarının tam şifrələnməsi təmin edilir.

Müqavilələrin bağlanması

Bu Qaydanın tələblərinə riayət olunduqda və məsafədən hesab açılmasından imtina edilmədikdə müştəri ilə nəzarət subyekti arasında hesabın açılmasına dair müvafiq müqavilə bağlanılır.

Nəzarət subyekti tərəfindən müvafiq müqavilənin layihəsi aydın və oxunaqlı formada davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə) müştəriyə təqdim edilir.

Müştəri ona təqdim olunmuş müqavilə layihəsi ilə tanış olur və şərtləri ilə razı olduqda müqaviləni və digər əlaqəli sənədləri gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Nəzarət subyekti həmin müqaviləni gücləndirilmiş elektron imza ilə təsdiq edir və müştəriyə davamlı daşıyıcıda təqdim edir. Nəzarət subyekti müştərinin tələbi ilə məsafədən bağlanmış müqavilənin surətini müştərinin seçdiyi formada (kağızda və ya digər davamlı daşıyıcıda) əlçatan etməlidir.

Aşağıdakı hallarda məsafədən hesab açılmasından imtina edilir:

bu Qaydanın 1.3-cü bəndində göstərilən hüquqi aktlarda nəzərdə tutulmuş hallar mövcud olduqda;
bu Qaydanın 4.5-ci bəndinə uyğun olaraq aparılan yoxlama nəticəsində məsafədən hesabın açılması mümkün olmadıqda;
bu Qaydanın 5-ci hissəsinin tələblərinə uyğun olaraq şəxsin eyniləşdirilməsi mümkün olmadıqda.

Nəzarət subyekti tərəfindən hesabın məsafədən açılmasından imtina edildikdə bu barədə müştəriyə onun təqdim etdiyi müvafiq əlaqə vasitələri ilə (SMS məlumatlandırma, elektron poçt ünvanı və s.) bildiriş göndərilir və bildirişdə imtinanın səbəbləri göstərilir.

Yekun müddəalar

Məsafədən hesab açılması xidmətini göstərən nəzarət subyektinin müşahidə (direktorlar) şurası (belə orqan olmadıqda nəzarət subyektinin icra orqanı) tərəfindən bu xidmətlərə dair daxili qaydalar təsdiq edilir. Şəxsin eyniləşdirilməsi prosesinin adekvatlığının yoxlanılması ildə bir dəfədən az olmayaraq nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilmiş dövriliklə həyata keçirilir.

Təhlükəsizlik pozuntularının aşkarlanması və ya baş verməsi, aidiyyəti hüquqi aktlarda dəyişikliklərin edilməsi, nəzarət subyektinin mümkün fırıldaqçılıq və ya digər hüquq pozuntusu hallarından xəbərdar olması və şəxsin eyniləşdirilməsi ilə bağlı çatışmazlıqların aşkarlanması hallarında texnoloji inkişaf və prosesin tətbiqində qazanılan təcrübə də nəzərə alınmaqla məsafədən hesab açılması proseslərinə yenidən baxılır, zərurət olduqda daxili qaydalarda müvafiq dəyişikliklər edilir.

Məsafədən hesab açılması zamanı əldə olunmuş bütün məlumat və sənədlər, o cümlədən şəxsin eyniləşdirilməsi zamanı yaradılmış video və audio fayllar, şəkillər, loqlar qanunvericiliyə uyğun qaydada və müddətlərdə saxlanılır./Trend.Az

Avropa ökəsində yanacaq satışı MƏHDUDLAŞDIRILDI
Yaxın Şərqdəki münaqişə fonunda Böyük Britaniyada kənd təsərrüfatı texnikası sahiblərinə yanacaq satışı məhdudlaşdırılıb.

Artıq Esseks qraflığında və Şotlandiyanın bəzi bölgələrində topdansatış təchizatçılar dizel yanacağının miqdarına rasionlaşdırma tətbiq ediblər.

"Anglia Farmers" şirkətinin sözçüsü Patrik Krehan da bunu təsdiqləyib. O bildirib ki, topdansatış təchizatçıları mümkün qədər çox sorğunu ödəmək üçün sifariş həcmlərini azaltmalı olublar:

"Məsələn, bir fermerə 10 ton yerinə, müxtəlif fermerlərə 2 ton çatdırırlar. Biz paylamanı birbaşa görürük".