Sehiyye - XEBERMEN.AZ - Operativ Xəbər Portalı 24/7

Bu dərmanlar döş xərçəngi riskini azaldır
Şəkərli diabetin müalicəsində və çəki azaltmaq üçün geniş istifadə olunan GLP-1 sinfinə aid dərmanların süd vəzi xərçəngi riskini aşağı sala biləcəyi müəyyən edilib.

Bu qənaətə Pensilvaniya Universitetinin tədqiqatçıları gəliblər. Tədqiqatın nəticələri Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) illik konqresində təqdim olunub.

Alimlər artıq çəkili və ya piylənmədən əziyyət çəkən 45-80 yaş arası 111 646 qadının tibbi məlumatlarını təhlil ediblər. Onlardan 15 mindən çoxu GLP-1 dərmanlarını qəbul edib, qalanları isə bu cür dərmanlardan istifadə etməyiblər. Tədqiqatçılar daha sonra hər iki qrupda yeni süd vəzi xərçəngi hallarının tezliyini müqayisə ediblər.

Məlum olub ki, GLP-1 dərmanları qəbul edən qadınlarda süd vəzi xərçənginə tutulma ehtimalı təxminən 30 faiz daha aşağı olub. Bu nəticə həm ümumi seçmə qrupu üzrə, həm də yaş, bədən çəkisi, şəkərli diabet və nəticəyə təsir edə biləcək digər amillər nəzərə alınmaqla aparılan əlavə təhlillərdən sonra təsdiqlənib.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, araşdırma yalnız statistik əlaqəni müəyyən edib və hələlik dərmanların xərçəngdən birbaşa qoruduğunu sübut etmir. Lakin alimlər qeyd edirlər ki, GLP-1 dərmanları çəkinin azalmasına və xroniki iltihabın azalmasına kömək edir; bu iki amil isə uzun müddətdir ki, süd vəzi xərçəngi riski ilə əlaqələndirilir.

Azərbaycanda abortların sayı görün nə qədər artıb
Ötən il Azərbaycanda abortların sayı artıb.

Bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95117 abort qeydə alınıb. Bu da son illər ərzində ən yüksək göstəricidir.

Belə ki, abortların sayı 2021-ci ildə 46877, 2022-ci ildə 57999, 2023-cü ildə 73816, 2024-cü ildə isə 78245 olub.

Ötən il qeydə alınan abortların 22811-i 35 yaş və yuxarı qadınlar, 3244-ü 15-19, 66-sı isə 15-17 yaşlı qadınlar tərəfindən etdirilib.

ÜST sakitləşdirməyə çalışır, amma... - Azərbaycanlı həkim təhlükəli simptomları açıqladı
Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan 8 nəfəri karantinə salıb. Onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri isə kruiz gəmisindən enən sərnişinlə əlaqədə olublar. Üç nəfərin virusdan həyatını itirdiyi bildirilir.

Ardınca Polşa da bir nəfəri hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alıb. Mütəxəssislər virusun təhlükəli olduğunu desələr də, Ümumdünya Səhiyyə Təşkilatı yeni pandemiya riskinin olmadığını açıqlayıb.

Infeksionist Vasif Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, hantavirus insanlara əsasən gəmiricilər vasitəsilə keçir:

"Xəstəliyin əsas əlamətləri qızdırma, baş ağrısı, baş gicələnməsi, əzələ ağrıları, eyni zamanda tənəffüs çatışmazlığıdır. Amerika qitəsində müşahidə olunan hantavirus növləri ən təhlükəliləridir və ölüm riski daha yüksək hesab edilir. Təəssüf ki, hazırda bu virusa qarşı hər hansı peyvənd və ya xüsusi antiviral dərman mövcud deyil".

Kardiocərrahdan sərt xəbərdarlıq: Hər gün içdiyiniz içkilərdən bəzilərini "maye ölüm" adlandırdı
Ürək cərrahı (kardiocərrah) Ceremi London şirin qazlı içkilərdən uzaq durmağa çağırıb və onları "maye ölüm" adlandırıb.

Həkim "Mirror" nəşrinə müsahibəsində bu içkilərin qəbulunun mümkün fəsadlarından danışıb.

"Düşünürəm ki, şirin qazlı içkilər cəmiyyətimizin böyük bəlasıdır. Aydındır ki, yüksəkkalorili qazlı içkilər içməyi özümüzə qadağan etməliyik. Siz heç təsəvvür belə etmirsiniz ki, şəkərli içkilərdən nə qədər kalori qəbul edirsiniz", - deyə Ceremi London bildirib.

Həkim əlavə edib ki, siqaret də sağlamlığa son dərəcə zərərli təsir göstərir.

"Siqaret çəkmək orqanizminizə edə biləcəyiniz ən pis şeylərdən biridir. Bu, ağciyərləri məhv edir, ağciyər xərçənginə səbəb olur, ürək-damar xəstəlikləri, infarkt və insult riskini artırır. Siqaret çəkməyin", - deyə o vurğulayıb.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir.

Xəstəlik vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər.

Həkimlərin sözlərinə görə, bu infeksiya dərialtı birləşdirici toxumaları və əzələləri məhv edir. Əsas səbəb isə "Streptococcus pyogenes" və ya "Vibrio vulnificus" kimi bakteriyaların açıq yaralardan orqanizmə daxil olmasıdır.

Qeyd olunur ki, "ət yeyən bakteriya" ifadəsi sadəcə şərti addır. Bakteriyalar əti yemir, ifraz etdikləri toksinlər toxumaları sürətlə zədələyərək qan dövranını pozur və toxuma ölümünə gətirib çıxarır.

Xəstəliyin əlamətləri çox sürətlə ortaya çıxır. İlkin mərhələdə kiçik kəsik və ya cızıq kimi başlayan proses qısa müddətdə şiddətli ağrı, dərinin rənginin dəyişməsi, yüksək hərarət, ürəkbulanma və halsızlıqla müşayiət olunur. Bəzi hallarda dərialtı hava toplanması səbəbindən toxumaya basdıqda xışıltı səsi eşidilə bilər.

Mütəxəssislər bildirir ki, sağlam insanlarda nadir görülsə də, diabet xəstələri, immun sistemi zəif olanlar və açıq yarası olan şəxslər daha yüksək risk altındadır. Həmçinin steril olmayan şəraitdə edilən döymə və pirsinqlər, heyvan dişləmələri və əməliyyatdan sonrakı yaralar infeksiyanın yaranmasına şərait yarada bilər.

Xüsusilə diqqət çəkilən məqamlardan biri də bəzi bakteriyaların dəniz sularında yaşamasıdır. Açıq yara ilə dənizə girmək və ya çiy dəniz məhsulları qəbul etmək bəzi hallarda ağır infeksiyalara səbəb ola bilər.

Həkimlər əhaliyə tövsiyə edir ki, hətta kiçik yaralar belə diqqətdən kənarda saxlanılmamalı, sabunlu su ilə təmizlənərək örtülməlidir. Açıq yara olduqda hovuz və dənizdən uzaq durmaq, həmçinin çiy dəniz məhsullarının qəbulunda ehtiyatlı olmaq vacibdir.

Əlamətlər hiss olunduğu anda dərhal həkimə müraciət etmək tövsiyə edilir.

Demensiya nədir, əlamətləri, səbəbləri və müalicəsi
Demensiya nədir?

Demensiya – unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır. Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən Demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptom təsvir edir. Demensiya tək bir xəstəlik demək deyil. Əksinə onun bir çox növü vardır. Ən çox rast gəlinən alzheimer Demensiyaıdır, ondan sonra isə damar forması ən çox görülən ikinci növüdür.

Demensiya, Latın dilində mens – ağıl mənasını verən sözdən götürülüb. Ağıl itkisi deməkdir. Bununla birlikdə bu hal, xüsusən Alzheimer Demensiyası birdən-birə meydana gəlmir, simptomlar tədricən görünür və mütərəqqi olur. Bəzi növləri bədəndə bir maddə çatışmazlığı, maddənin və ya dərmanın yan təsiri səbəbindən meydana gəlir. Bu tip Demensiyalar ümumiyyətlə mütərəqqi və geri çevrilmir.

Niyə Demensiya meydana gəlir?

Beyində hər biri fərqli funksiyalardan məsul olan bir çox fərqli bölgə var (məs. Yaddaş, mühakimə və hərəkət). Beyində olan müəyyən bir bölgədəki hüceyrələrə zərər verildikdə, bu bölgə normal funksiyalarını yerinə yetirə bilməz.

Demensiya beyin hüceyrələrinin zədələnməsindən qaynaqlanır. Bu ziyan beyin hüceyrələrinin bir-biri ilə əlaqə qurma qabiliyyətinə mane olur. Beyin hüceyrələri normal əlaqə qura bilmədikdə bu düşüncə, davranış və duyğulara təsir edə bilər.

Fərqli növlərdə beynin müəyyən bölgələrində beyin hüceyrələrinin zədələnməsi baş verir. Məsələn, Alzheimer xəstəliyində beyin hüceyrələrinin içində və xaricində müəyyən miqdarda proteinin olması beyin hüceyrələrinin sağlam qalmalarını və bir-biri ilə ünsiyyət qurmalarını çətinləşdirir. Hipokampus adlanan beyin sahəsi beyindəki öyrənmə və yaddaş mərkəzidir və bu bölgədəki beyin hüceyrələri çox vaxt Alzheimer xəstəliyində zərər görən ilk sahədir. Buna görə yaddaş itkisi çox vaxt Alzheimerin ilk əlamətlərindən biridir.

Demensiyanın növləri hansılardır?

Proqressiv Demensiyaları aşağıdakı kimi sıralamaq olar:

Alzheimer Xəstəliyi: Alzheimer xəstəliyinin bütün səbəbləri bilinməsə də, mütəxəssislər kiçik bir faizin, genin valideynlərdən uşaqlara miras qala biləcəyi mutasiyalarla əlaqəli olduğunu bilirlər. Alzheimer xəstəliyində bir neçə fərqli genin rolu olsa da, riski artıran bir vacib gen apolipoprotein E4 (APOE) dir. Alzheimer xəstəliyi olan xəstələrdə, beyinlərində beta amiloid lövhələri və tau proteini adlanan protein qruplarından ibarət lifli quruluşlar yığılır. Bu yığınların sağlam neyronlara və onları birləşdirən liflərə zərər verdiyi düşünülür.

Damar Demensiyaı: Bu ikinci ən çox görülən Demensiya növü beynimizə qan verən damarların zədələnməsindən qaynaqlanır. Damar Demensiyaının ən çox görülən simptomları arasında problemin həlli, yavaş düşünmə, fokuslanma və təşkilatlanma kimi çətinliklər var. Bunlar yaddaş itkisindən daha çox ifadə edilir.

Lewy Bədən Demensiyası: Lewy Demensiyası beyində tapılan balon şəklində zülalların anormal yığınlarıdır.

Ümumi əlamət və simptomlara aşağıdakılar daxildir;

Hərəkət, mövcud olmayan şeyləri görmək (görmə halüsinasiyaları), yuxuda yuxu görərkən diqqət və diqqətlə bağlı problemlər Demensiyaın ümumi əlamət və simtpomlarına aiddir.

Frontotemporal Demensiya: Bu xəstəlik, ümumiyyətlə şəxsiyyət, davranış və dil ilə əlaqəli sahələri əhatə edən, beynin frontal və temporal loblarındakı sinir hüceyrələrinin parçalanması (degenerasiya) nəticəsində yaranan bir qrup xəstəlikdir. Ümumi simptomlar davranış və şəxsiyyət dəyişiklikləri, zəif düşüncə, mühakimə, dil və hərəkətdir.

Qarışıq Demensiya: Demensiya ilə 80 və daha yuxarı yaşlı beyinlərin üzərində aparılan tədqiqatlar Alzheimer xəstəliyi, damar Demensiyaiyası və Lewy bədən Demensiyaiyası kimi bir çox faktorun bir yerdə ola biləcəyini göstərir. Qarışıq Demensiyaın simptomları və müalicələrinin necə təsir etdiyini müəyyənləşdirmək üçün tibbi araşdırmalar aparılır.

Demensiya tezliyi nə qədərdir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə dünyada təxminən 50 milyon Demensiya xəstəsi var. Bunların 60%-i aşağı və orta gəlirli ölkələrdə yaşayır. Hər il təxminən 10 milyon yeni xəstə rast gəlinir. Cəmiyyətin qocalması ilə xəstələrinin ümumi sayının 2030-cu ildə 82 milyona, 2050-ci ildə 152 milyona çatacağı təxmin edilir.

Demensiyaın əlamətləri hansılardır?

Demensiyaın ən bariz əlaməti yeni məlumatları unutmaqdır. Bunun xaricində bir insanın Demensiya xəstəsi olması üçün aşağıdakı funksiyalardan ən az ikisinin pozulması lazımdır:

Yaddaş,

Ünsiyyət və dil,

Diqqət yetirmək və diqqət yetirmək bacarığı,

Mülahizə və qərar,

Vizual qavrayış.

Yuxarıda göstərilən düşünmə qabiliyyətlərinizdə yaddaş problemi yaşayırsınızsa və ya zəifliyiniz varsa, səbəbini təyin etmək üçün ən qısa müddətdə bir mütəxəssisə müraciət etməlisiniz. Simptomlarınız geri dönməyən bir Demensiya göstərməsinə baxmayaraq, erkən diaqnoz bir insana mövcud müalicələrdən ən yaxşı şəkildə istifadə etməyə imkan verir. Həm də gələcəyin planlaşdırılmasında vaxtınıza qənaət edir.

Mərhələlərə görə Demensiyanın əlamətləri hansılardır?

Demensiyaın əlamətləri erkən mərhələ, orta mərhələ və gec (son) mərhələ olaraq təsnif edilə bilər.

Erkən mərhələ: Demensiyaın erkən mərhələsi çox yavaş irəlilədiyi üçün tez-tez nəzərə alınmır. Ümumi simptomlara aşağıdakılar daxildir:

unutqanlıq,

vaxtı izləyə bilməmək,

tanış yerlərdə itmək.

Orta mərhələ: Demensiya orta mərhələyə doğru irəlilədikcə əlamətlər və simptomlar daha aydın və məhdudlaşdırıcı olur. Bu simptomlar :

son hadisələri və insanların adlarını unutmaq,

evdə itmək

ünsiyyətdə artan çətinliklərlə üzləşmək,

şəxsi qayğı ilə bağlı köməyə ehtiyac,

gəzmə və təkrarlanan sorğu daxil olmaqla davranış dəyişiklikləri.

Gec mərhələ: Demensiyaın son mərhələsi ümumi asılılığa və hərəkətsizliyə yaxındır. Yaddaş pozğunluqları kəskinləşir, fiziki əlamətlər və simptomlar daha qabarıq olur. Simptomlara aşağıdakılar daxildir:

Zaman və məkandan xəbərsiz olmaq,

qohumlarını və dostlarını tanımaqda çətinlik çəkmək,

şəxsi qayğıda kömək olmadan edə bilməmək,

gəzməkdə çətinlik,

Təcavüzkarlığı artıra biləcək davranış dəyişikliklərini yaşamaq.

Diaqnoz qoyulur?

Demensiyanın diaqnozu üçün xüsusi bir test yoxdur. Ancaq həkim nevroloqunuz ətraflı bir klinik müayinədən sonra sizə suallarınızla bir test verə bilər. Əgər nevroloqunuz digər xəstəliklərdən şübhələnərsə, qan testləri və ya beyin görüntüləmə testləri etməyinizi istəyə bilər.

Demensiyanın müalicəsi varmı?

Proqressiv Demensiyanın əksər növləri müalicə oluna bilməz, lakin əlamət və simptomları idarə etməyin bir neçə yolu var. Həkim nevroloqunuz üzərinizdə aparılan müayinələrə əsaslanaraq sizə depressiya, yuxu pozğunluqları, halüsinasiyalar, parkinsonizm və ya həyəcan kimi digər simptomları və ya şərtləri müalicə etmək üçün dərmanlar təyin edə bilər.

Terapiya və dərmansız müalicə

Evinizi daha təhlükəsiz hala gətirməyi və dəyişən davranışlarla mübarizə aparmağı öyrənmək üçün peşəkar yardım ala bilərsiniz. Məqsəd, düşmə kimi qəzaların qarşısını almaq, davranışları idarə etmək və sizi xəstəliyin inkişafına hazırlamaqdır.

Ətraf tənzimləməsi: Darmadağın və səs-küyün azaldılması xəstələrin diqqətini və işlərini asanlaşdırır. Bıçaq və avtomobil açarları kimi təhlükəsizliyi təhdid edə biləcək obyektlərin gizlədilməsinə ehtiyac ola bilər.

Tapşırığın sadələşdirilməsi: Tapşırıqları daha asan addımlara ayırmalı və uğursuzluğa deyil, uğura yönəlməlisiniz.

Xəstəliyin qarşısını almaq olar?

Demensiyaın qarşısını almağın dəqiq bir yolu yoxdur, ancaq həyat səviyyəsindəki bəzi dəyişikliklər xəstəliyin başlanğıcını gecikdirə bilər və ya inkişafını yavaşladar.

Fikrinizi aktiv saxlayın: Oxumaq, krassvord həll etmək və söz oyunları oynamaq kimi zehni stimullaşdırıcı fəaliyyətlər Demensiyaın başlanğıcını gecikdirə və təsirlərini azalda bilər.

Fiziki və sosial cəhətdən aktiv olun: Fiziki aktivlik və sosial qarşılıqlı təsir Demensiyaın başlanğıcını gecikdirə və simptomları azalda bilər. Daha çox hərəkət edin və həftədə 150 ​​dəqiqə idman etməyi hədəfləyin.

Siqareti tərgidin: Bəzi tədqiqatlar orta yaş və yuxarı yaşlarda siqaret çəkməyin Demensiya və damar (damar) xəstəlikləri riskini artıra biləcəyini göstərib. Siqareti tərgitmək bu riskləri azalda bilər.

Kifayət qədər vitamin qəbul edin: Bəzi tədqiqatlar göstərir ki, qanında D vitamini səviyyəsi az olan insanlar Alzheimer xəstəliyinə və digər Demensiya növlərinə yoluxurlar. D vitamini müəyyən qidalar, əlavələr və günəş şüaları ilə əldə edilə bilər. Bu mövzuda kifayət qədər araşdırma aparılmasa da, kifayət qədər D vitamini almanız digər sağlamlıq səbəbləri üçün yaxşı bir seçimdir. Gündəlik B kompleksi və C vitamini qəbul etmək də faydalı ola bilər.

Ürək-damar risk faktorlarını idarə edin: Yüksək qan təzyiqi, yüksək xolesterol, diabet və yüksək bədən kütlə indeksi (BMI) kimi amillərə nəzarət bəzi Demensiya risklərini azaltmaq üçün vacibdir.

Digər sağlamlıq vəziyyətlərinizi müalicə edin: Eşitmə, depressiya və ya narahatlığınız varsa, bu problemlərin müalicəsi üçün həkimə müraciət edin.

Sağlam bir pəhriz edin: Sağlam qidalanma bir çox səbəbdən vacibdir, ancaq meyvə, tərəvəz, tam taxıl, bəzi balıq və qoz-fındıqda rast gəlinən omeqa-3 yağ turşuları kimi qidalar sağlamlığınızı yaxşılaşdırır və Demensiyaın inkişaf riskini azaldır. Qızıl balıq kimi həftədə üç dəfə və hər gün bir ovuc fındıq, badam və qoz kimi qidalar yeməyə çalışın.

Keyfiyyətli yuxu alın: Keyfiyyətli yuxu bir çox xəstəliyin qarşısını almaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir. Əgər yuxu apnanız varsa və ya yüksək səslə xoruldasanız, bir mütəxəssisə müraciət edin

Əgər Demensiya xəstəliyindən şübhələnirsinizsə, müayinədən keçməyi unutmayın.

Qaraciyər transplantasiyasında inqilabi addım: Xəstələr dərmansız yaşaya biləcəklər
ABŞ həkimləri donor qaraciyərinin köçürülməsi üzrə yeni strategiyanın ilk iki klinik sınaq mərhələsini uğurla başa çatdırıblar. Bu üsul orqan resipiyentinə rədd edilmə reaksiyasından və immuniteti yatıran preparatların qəbulundan imtina etməyə imkan verir.

Bu barədə Pitsburq Universitetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu problemi eyni anda dörd xəstə üçün həll etmək mümkün olub.

"Bu dərmanların uzunmüddətli istifadəsi böyrəklərin zədələnməsinə, metabolik problemlərin yaranmasına səbəb olur və xəstələri infeksiyalara, diabetə, eləcə də xərçəngin bəzi növlərinə qarşı daha həssas edir. Biz otuz il ərzində xəstələri bu əlavə təsirlərdən qorumağa imkan verən bir yanaşma yaratmaq üzərində işləmişik və indi bu problemin həllinə doğru böyük addım atmışıq", - deyə Enqyus Tomson bildirib.

Tibb mütəxəssislərinin sözlərinə görə, insan qaraciyər hüceyrələrinin bölünmə qabiliyyəti bir çox hallarda donorun qaraciyərinin bir hissəsinin xəstəyə köçürülməsi ilə həyat xilas etməyə imkan yaradır. Bu üsul xəstənin həyatını xilas etsə də, onu ömrü boyu rədd edilmə reaksiyasını boğan dərmanlar qəbul etməyə məcbur edir.

Bu problemi həll etmək üçün ABŞ tədqiqatçıları onilliklər ərzində xəstənin immun sistemini yad orqana reaksiya verməməyə yönəldən terapiya üzərində işləyirlər. Tətbiq edilən üsul çərçivəsində həkimlər donorun qan dövranından rədd edilmə reaksiyasına cavabdeh olan immun dendritik hüceyrələri toplayır, onları xüsusi qaydada çoxaldır və cərrahi əməliyyatdan bir həftə əvvəl xəstənin orqanizminə daxil edirlər.

İdeal halda, donor və resipiyentin immun hüceyrələri arasındakı qarşılıqlı əlaqə nəticəsində immunitet köçürülmüş qaraciyəri yad orqan hesab etməyi dayandırır. Bu da dərman qəbulundan imtina etməyə şərait yaradır.

Bu yaxınlarda alimlər ağır qaraciyər xəstəliklərindən əziyyət çəkən 13 könüllünün iştirakı ilə bu qaraciyər nəqli strategiyasının ilk klinik sınaqlarını tamamlayıblar.

Tədqiqatçıların müşahidələri göstərib ki, onların yaratdığı yanaşma dörd könüllüdə rədd edilmə reaksiyasını tamamilə yatırmağa, sonrakı üç illik müşahidə müddətində isə daha üç iştirakçının qəbul etdiyi dərmanların dozasını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.

Alimlər bildiriblər ki, bu nəticə alternativ qaraciyər köçürülməsi strategiyaları ilə əldə olunan göstəricilərdən dəfələrlə yüksəkdir və terapiyanın olduqca perspektivli olduğunu göstərir.

Gizli yayılan xəstəlik: Hər 6 nəfərdən biri...
Dünyada metabolik disfunksiya ilə əlaqəli steatoz qaraciyər xəstəliyi sürətlə yayılır və artıq qlobal miqyasda ciddi təhlükə kimi qiymətləndirilir.

The Lancet Gastroenterology & Hepatology jurnalında dərc olunan araşdırmaya əsasən, hazırda Yer üzündə hər 6 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.

Tədqiqat nəticələrinə görə, 1990-cı ildə təxminən 500 milyon insanda qeydə alınan xəstəlik 2023-cü ildə 1,3 milyard nəfərə çatıb. Alimlər proqnozlaşdırır ki, bu rəqəm 2050-ci ilə qədər daha 42 faiz artaraq 1,8 milyarda yüksələcək.

Mütəxəssislər bildirirlər ki, xəstəlik daha çox kişilər arasında yayılıb. Ən yüksək göstəricilər 80-84 yaş aralığında qeydə alınsa da, ümumi say baxımından ən çox xəstə kişilərdə 35-39, qadınlarda isə 55-59 yaş qrupunda müşahidə olunur.

Araşdırmada əsas risk faktorları kimi qanda şəkərin yüksək olması, artıq çəki və siqaret çəkmə göstərilir. Alimlər xəbərdarlıq edir ki, bu amillər nəzarət altına alınmasa, qaraciyər xəstəlikləri yaxın onilliklərdə dünya səhiyyəsi üçün ən böyük problemlərdən birinə çevrilə bilər. (Musavat.com)

Koronavirusun yeni dalğası Azərbaycana da gəlir? - Professor açıqladı
Türkiyəli professor Şevket Özkaya deyib ki, “cırcırama” adlandırılan yeni COVID-19 variantı ABŞ və Avropada yayılmağa başlayıb. Məlumata görə, BA.3.2 variantı azı 25 ştatda aşkarlanıb. Professor bildirib ki, ümumi yoluxma göstəriciləri hazırda aşağı səviyyədə qalsa da, bu variant dünya üzrə yayılmasını davam etdirir. Proses, xüsusilə ötən payızdan etibarən müşahidə olunur.

Yeni COVID dalğası gəlir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, COVID pandemiyası bu xəstəliyin gedişi, yoluxma forması və intensivliyinin qripə çox yaxın olduğunu göstərdi:

“Belə ki, xəstəlik hava-damcı yolu ilə sürətlə yayılır və qripə bənzər əlamətlər yaradır. Təbii ki, fərqli cəhətləri də mövcuddur. Bütövlükdə isə görünən odur ki, COVID-19 tamamilə sıradan çıxmaq istəmir və insanların həyatında qalmaqda davam edə bilər. Bu virusun qrip kimi hər il yeni formalarda ortaya çıxması ehtimalı var. Əslində, bu proses əvvəllər də müşahidə olunub. Keçən əsrin 60-cı illərindən etibarən koronaviruslar insanlarda soyuqdəymə xəstəlikləri törədirdi və sonradan pandemiyaya səbəb oldu”.

Həkimin sözlərinə görə, gələcəkdə proseslərin necə inkişaf edəcəyini dəqiq demək çətindir

“Ehtimal olunur ki, SARS-CoV-2 virusu müəyyən formada dəyişərək yerini yeni variantlara verəcək, lakin koronavirus insan həyatında daimi qalacaq. Çünki virus artıq insan hüceyrələrinə daxil olma və orada yaşama qabiliyyətinə malikdir. Bu baxımdan, təəssüf ki, hər il koronavirusla qarşılaşacağıq. “Omikron” ştammının yeni variantlarının yayılma dərəcəsi ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Çünki mutasiyalar davam edir və hər bir yeni variant fərqli xüsusiyyətlər nümayiş etdirir”.

Dünyanın ən nadir qan qrupu - “Qızıl qan” Azərbaycanda varmı?
Dünyada "ən nadir qan qrupu" deyəndə tək bir sistem yox, bir neçə çox-çox nadir qan qrupu və fenotip nəzərdə tutulur. Bunlar adi ABO sistemindən (A, B, AB, O) daha spesifik genetik variasiyalardır.

Dünyanın ən nadir qan qrupları:

1. Rh null ("qızıl qan")

Bu, dünyada ən nadir və ən qiymətli qan qrupu hesab olunur.
Rh null blood type

Xüsusiyyətləri:

Qırmızı qan hüceyrələrində Rh antigenləri tamamilə yoxdur
Dünyada təxminən 50 nəfərdən az insanda rast gəlinib.
"Universal donor" kimi istifadə edilə bilər, amma sahibinə uyğun qan tapmaq çox çətindir.
Niyə "qızıl qan" adlanır?

Həyat qurtarmaqda çox qiymətlidir.

2. Bombay qan qrupu (hh qan qrupu)

Xüsusiyyətləri:

ABO sistemindən tam fərqli görünür.

Xaricdən baxanda "O qan qrupu" kimi görünə bilər, amma əslində O deyil
Dünyada çox nadir: təxminən 1 milyon insanda 1 rast gəlinir.
Standart O qan belə bu insanlara uyğun gəlmir.
Yalnız eyni Bombay qan qrupu uyğun olur.

3. AB (Rh-) - çox nadir kombinasiya

AB qan qrupu özü nadirdir.
Üstəlik Rh mənfi olduqda daha da nadir olur.
Amma Rh null və Bombay qədər ekstrem deyil.

Azərbaycanda bu qan qrupları var mı?

Bəli, amma çox nadir hallarda görünür.
Azərbaycanda əsasən A, B, O, AB və Rh (+ / -) qrupları yayğındır.

Rh null və Bombay qan qrupu Azərbaycanda rəsmi olaraq çox az və ya demək olar ki, qeyri-adi hallarda rast gəlinir.

Niyə bəzi qan qrupları bu qədər nadirdir?

Bu, genetikadan asılıdır:

qan qrupları valideynlərdən miras qalır
nadir mutasiyalar
izolyasiya olunmuş genetik xəttlər
populyasiya fərqləri./Medicina.az