xebermen.az

Evində ölü tapılan məşhur Hollivud aktyoru və həyat yoldaşının ölüm səbəbi məlum oldu

10-03-2025, 22:11

 

"Oskar" mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekman və həyat yoldaşı 64 yaşlı Betsi Arakavanın ölüm səbəbi məlum olub.

Ekspertizanın nəticəsi Arakavanın hantavirusdan öldüyünü, altsheymer xəstəsi olan ərinin isə bir həftə sonra ürək tutmasından öldüyünü müəyyənləşdirib.

Ehtimal olunur ki, aktyorun xəstəliyi ona arvadının öldüyünü anlamağa imkan verməyib. Onlar ayrı-ayrı otaqlarda ölüblər.

Arakavanın fevralın 11-də, Hekmanın isə 18-də öldüyü təxmin edilir. Onlarla birlikdə itləri də ölü tapılıb.

Qeyd edək ki, hantavirus ABŞ-də yayılmış nadir xəstəlikdir.

Xatırladaq ki, onların meyiti ABŞ-nin Nyu-Meksiko ştatının Santa-Fe şəhərindəki evlərində aşkarlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31