xebermen.az

Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab

27-12-2024, 19:18

 

Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Ukraynadan hücumlar nəticəsində hava limanında tətbiq edilən “Xalça” rejimi səbəbindən Qroznıya planlaşdırıldığı kimi enə bilməyib.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31