xebermen.az

XİN rəsmisi: Ermənistan qərbi azərbaycanlıların qayıdışını təmin etməməklə beynəlxalq hüququ pozur

2-12-2024, 12:32

 

Qərbi azərbaycanlıların öz yurduna qayıdışını hələ də təmin etməyən Ermənistan ciddi beynəlxalq hüquq pozuntusuna yol verir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, qaçqınlarla bağlı beynəlxalq sənədlər və normalar qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsini dəstəkləyir:

“Beynəlxalq hüquqi aktlarda qaçqınların təkcə öz dövlətinə deyil, həm də vaxtilə yaşadıqları ərazilərə qayıtmasını dəstəkləyir. Ermənistan qərbi azərbaycanlıların yaşadıqları ərazidəki varis dövlət olaraq onların hüququnu təmin etməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31