xebermen.az

İran vətəndaşlarına səsləndi: Suriyaya səfərdən çəkinin!

23-12-2024, 20:10

 

İran Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Suriyaya səfərdən çəkinməyi tövsiyə edib.

Bu barədə ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“Biz soydaşlarımıza son hadisələri, eləcə də bu ölkədə yaranmış qeyri-sabit və qeyri-müəyyən vəziyyəti nəzərə alaraq Suriyaya səfərdən çəkinməyi tövsiyə edirik”, - deyə Baqai qeyd edib.

Xatırladaq ki, dekabrın 8-də müxalifət nümayəndələri efirdə Suriyanın onların nəzarətinə keçdiyini bəyan ediblər. Bundan sonra Əsəd istefa verib, ölkəni tərk edərək Rusiyaya sığınıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31