xebermen.az

Gələn il bu universitetin filialları yaradılacaq

14-12-2024, 20:24

 

"2025-2027-ci illər ərzində Xankəndi, Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının yaradılması gözlənilir".

Bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, Şuşada turizm, Xocalıda isə kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır:

Qarabağ universitetinin Bakıda yaradılması məsələsi hələ ki gündəmdə deyil. Hazırda 280 nəfər xaricdə doktorantura təhsili alır. Bu il 20 faiz gəncin xaricdə doktorantura təhsili maliyyələşdiriləcək".

Nazir bildirib ki, artıq "Sabah" qrupları köhnə metoddur. O qeyd edib ki, həmin qruplar 2015-ci ildə yaranıb, o qrupları "Yeni Sabah" qrupları ilə fərqli metodla əvəz etmək lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31