Təhsil - XEBERMEN.AZ - Operativ Xəbər Portalı 24/7

Bu gün başlayır: Şansınızı qaçırmayın
Bu gün I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xəbər verir ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Artıq Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Qeyd edək ki, üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

Universitetlərə yenidən qəbul olunmaq istəyənlərin nəzərinə - Qəbul başladı
Əlavə təhsilin "Təkrar ali və orta ixtisas təhsili" istiqaməti üzrə sənəd qəbulu prosesinə start verilib.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

Sənəd qəbulu prosesi 31 avqust 2026-ci il saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, təkrar təhsil hüququ əvvəlki təhsil səviyyəsinə uyğun müəyyən edilir. Qəbul təhsil müəssisələrinin müvafiq tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun ixtisaslar və təhsilalma formaları üzrə həyata keçirilir.

Bundan başqa, təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla hesablanır.

Təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir, təhsil haqqı isə müddətə uyğun olaraq müəssisə tərəfindən müəyyən edilir.

Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər
Qabiliyyət imtahanlarına qeydiyyat gələn həftə bitir.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin (subbakalavrların) elektron qeydiyyatı 2 iyun saat 23:59-da bitir.

Abituriyentlər ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının aid olduğu 1 istiqamət üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi "qeyri-məqbul" olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində "məqbul" aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.

Abituriyentlərlə bağlı yeni tələ: Balları artırmaq adı ilə valideynləri necə aldadırlar?
Sosial şəbəkələrdə imtahan ballarının artırılması ilə bağlı vədlər verən dələduzlar yenidən aktivləşiblər.

Son günlər xüsusilə "TikTok" və "Instagram" platformalarında "Qəbul ballarını artırırıq, magistr və dövlət qulluğu imtahanlarına dəstək oluruq" başlıqlı saxta paylaşımlar edilir. İmtahanlarda zəif nəticə göstərən abituriyentləri və onların valideynlərini hədəf alan bu şəxslər müəyyən məbləğ qarşılığında nəticələrə müdaxilə etdiklərini iddia edirlər.

Məsələ ilə bağlı paytaxt sakinləri və valideynlər də narahatlıqlarını ifadə ediblər. Onlar uşaqların öz əziyyətləri ilə oxuduqlarını vurğulayaraq, qeyri-qanuni yollarla bal artırılması ilə bağlı vədlərə qətiyyən inanmadıqlarını və bu cür halların inkişaf etmiş bir ölkədə mümkün olmadığını bildiriblər.

Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir:

"Əgər abituriyent imtahanda zəif nəticə göstəribsə, onun qəbul və ya buraxılış balına hər hansı formada müdaxilə edilməsi qeyri-mümkündür. Aşağı bal toplayan şəxslərin valideynləri bu yalanlara aldanaraq müəyyən ödənişlər edirlər, sonradan isə həmin elanları paylaşan şəxslər yoxa çıxırlar. Vətəndaşlar belə qeyri-qanuni addımlardan uzaq durmalı və dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər".

Dövlət İmtahan Mərkəzi (DİM) də mövzu ilə bağlı sorğuya cavab olaraq vətəndaşlara xəbərdarlıq edib. Mərkəzdən bildirilib ki, imtahanlardan sonra bu növ qeyri-real çağırışlarla dələduzluq yolu ilə vətəndaşların pullarının mənimsənilməsinə cəhdlər olunur:

"Vətəndaşlar diqqətli olmalı və sosial şəbəkələrdəki bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər".

Mütəxəssislər əlavə edirlər ki, cinayətkar şəxslər inam yaratmaq üçün saxta profillər açaraq paylaşımların altında "bizə kömək edildi" tipli rəylər yazırlar. Aldadılma faktı ilə üzləşən istifadəçilər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Ekspertlər xüsusilə xəbərdarlıq edirlər ki, bank kartlarının şəkillərini və ya şəxsi məlumatları bu cür fırıldaqçılara göndərmək olduqca təhlükəlidir.

Azərbaycanda yeni universitet yaradıla bilər
Rusiya ilə Azərbaycan arasında son zamanlar zəifləmiş mədəni və humanitar əlaqələri yenidən canlandırmağın vaxtıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin TASS-a verdiyi müsahibədə bildirib.

Diplomat vurğulayıb ki, sıx mədəni və humanitar əlaqələr olmadan tam hüquqlu ikitərəfli əməkdaşlığı təsəvvür etmək mümkün deyil:

"Bizim perspektivli layihələrimiz var, məsələn, Azərbaycanda Sankt-Peterburq Dövlət Universitetinin nəzdində birgə universitetin yaradılması, iki ölkənin Moskva və Bakıda səfirlikləri nəzdində məktəblərin yaradılması kimi”.

Bu ixtisas üzrə kolleclərə qəbul DAYANDIRILDI - RƏSMİ
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.

Bu barədəDövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.

6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ
Dövlət İmtahan Mərkəzi əvvəlki illərin məzunları üçün 19 aprel 2026-cı il tarixində keçirilimiş ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsində iştirak edən abituriyentlərin imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.

Sorğuda 19 apreldə imtahan verən əvvəlki illərin abituriyentləri iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi həmin abituriyentləri sorğuda fəal iştirak etməyə dəvət edir:

"Verilən keçiddə müvafiq məlumatları daxil edib sorğuda iştirak edə bilərsiniz!".

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Bu barədə DİM məlumat yayıb.

"İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar. Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir", - məlumatda qeyd edilib.

Bildirilib ki, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.

Bir qrup tələbənin təhsil haqqı DÖVLƏT BÜDCƏSİNDƏN ÖDƏNİLƏCƏK
Minatəmizləmə zamanı həlak olmuş şəxslərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirərkən həlak olanların övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi planlaşdırılan dəyişikliklər bu sənəd qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq.

Həmçinin minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Belə ki, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur.

Yekunda layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

II cəhd üzrə magistratura qeydiyyatı BİTİR
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu sabah saat 23:59-da bitəcək.

13 aprel saat 09:15-ə olan məlumata əsasən 13239 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 12190; rus bölməsi - 1049).

2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet"lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Qeyd edək ki, imtahan 2026-cı il mayın 17-də keçiriləcək.