xebermen.az

Qazla bağlı vacib XƏBƏR: yanvarın 6-dək...

1-01-2025, 17:31

 

Hər il olduğu kimi 2024-cü ilin sonunda da qaz sayğaclarında limitlərin yenilənməsi baş verib.

Smart kart tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən, yenilənməni avtomatik olaraq həyata keçiib.

Artıq dekabrın 31-i 00:00-dan sonra ödəniş olunarsa, 12 qəpikdən (1200-lük limitə əsasən) hesablanır. Mexaniki sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi isə 5-6 yanvar tarixinə qədər çəkə bilər. Çünki abonentlər bəzən evdə olmur, bayram günlərində qonaq gedir. Lakin burada abonentlərin heç biri, hətta 5-6 gün sonra mexaniki sayğacların limitlərinin yenilənməsi prosesi həyata keçirilsə belə, heç bir narahatçılığa əsas yoxdur.

Hər bir abonentin 365 günü qorunur. Əgər bu il mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-nə təsadüf edirsə, növbəti ilin yanvarın beşinə qədər həmin tarif və limitdən mavi yanacaq istifadə edə biləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31