Sabahdan 15 yaşından aşağı uşaqlar sosial şəbəkəyə girə bilməyəcək
Türkiyədə noyabrın 1-dən etibarən 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.
Bu barədə Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi məlumat yayıb.
Yeni qaydalara əsasən, 15-18 yaşlı yeniyetmələrə yaşlarına uyğun xidmətlər göstəriləcək. Sosial şəbəkələrdə yeni hesab açan şəxslərin yaşını təsdiqləməsi məcburi olacaq. Mövcud hesabların yoxlanılması üçün isə 31 mart 2027-ci ilədək vaxt verilib.
Yaşın təsdiqlənməsi “e-Devlet” sistemi vasitəsilə həyata keçiriləcək. Bu zaman istifadəçilərin şəxsi məlumatları sosial şəbəkə platformalarına ötürülməyəcək.
Qurum vətəndaşları yaş təsdiqlənməsi adı altında yayılan saxta keçidlərə və dələduzluq hallarına qarşı diqqətli olmağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: