xebermen.az

Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib

Bu gün, 17:57

 

Fransada 2025-ci il ərzində evsiz və yaşayış yeri olmayan 927 nəfər həyatını itirib.

Bu barədə “Les Morts de la rue” assosiasiyasının illik hesabatında bildirilir.

Hesabata əsasən, ölənlərin orta yaşı 49 olub, onların 83 faizi kişilərdir. Qurbanlardan 306-sı küçələrdə yaşayıb, 264-ü sığınacaqlarda məskunlaşıb. Daha 357 nəfərin isə harada gecələdiyi məlum deyil. Ölənlər arasında 15 yaşdan kiçik 20 uşaq da var. Hesabatda 148 zorakı ölüm faktı qeydə alınıb.

Təşkilat vurğulayır ki, açıqlanan rəqəmlər yalnız ölüm haqqında şəhadətnamə ilə təsdiqlənmiş halları əhatə edir və real göstərici daha yüksək ola bilər. 2024-cü ildə 938 belə ölüm qeydə alınmışdı. Bununla belə, assosiasiyanın məlumatına görə, evsizlərin ölüm sayı 2012-ci illə müqayisədə 2,2 dəfə artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031