xebermen.az

Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisi hərəkətə başlayacaq

Bu gün, 18:01

 

Rusiya ilə Azərbaycan arasında Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisinin hərəkətə başlaması planlaşdırılır.

Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Zvezda" kanalının efirində deyib.

Onun sözlərinə görə, Moskva ilə Bakı arasında gediş-gəliş təxminən 14 gün davam edəcək. Səyahətin hər istiqamətinə təxminən bir həftə vaxt ayrılacaq.

Adam Hakimov qeyd edib ki, hazırda bu layihə üçün bir gəmi artıq hazırdır, daha iki gəminin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

Ticarət nümayəndəsinin sözlərinə görə, layihənin həyata keçirilməsinə Rusiya dövləti, o cümlədən Rusiya Sənaye və Ticarət Nazirliyi dəstək göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031