xebermen.az

"Rus Evi" onun adından yayılan saxta sənədlərlə bağlı bəyanat yaydı

11-02-2025, 14:12

 

Bakıdakı "Rus Evi" sosial şəbəkələrdə mərkəzin loqolarından istifadə edilərək saxta sənədlər yayılması barədə açıqlama yayıb.

 "Rus Evi"nin "Facebook" hesabında edilən paylaşımda deyilir:

"Bakıdakı "Rus Evi" və "Rossotrudniçestvo"nun simvollarının qanunsuz mənimsənilməsi ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət, əsasən, guya Bakıda "Rus Evi"ndə rus dili kursunda tədris alan şəxslərin, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu "sənədlər" həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən material saxtadır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31