xebermen.az

Ramazanda restoranlarda xeyir iş üçün müraciətlər artdı

2-03-2025, 22:33

 

Ramazan ayı matəm yox, bayram ayıdır. Amma insanların çoxu adətən bu ayda toy-nişan məclisləri etmirlər.

Bu yazılmamış qaydaya illərdir ki, riayət olunur.

Həmsöhbət olduğumuz restoran sabibləri isə deyirləri ki, ötən illərlə müqayisədə bu il məclis üçün müraciət edənlərin sayı artıb. Onların sözlərinə görə, hələ ki, toy etmək istyənlər olmasa da, nişan və xınayaxdı məclisləri çoxdur.

Müraciətlərin artmasına səbəb həm də orucluğun soyuq havalara təsadüf etməsidir. Çünki iftar vaxtı saat 18-19 radələrində olduğuna görə məclis sahibinə uyğundur.

İlahiyyatçılar isə deyirlər ki, Ramazan ayında toy, nişan və xınayaxdı məclisləri təşkil etmək İslam dinində günah sayılmır.

İlahiyyatçılara görə, Ramazan ayında toyların spirtli içki olmadan baş tutması məqsədəuyğun sayılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31