xebermen.az

Pis qidalanma intellektə zərər vurur

6-04-2025, 10:17

 

"Beynimiz ən sadə reflekslərdən tutmuş mürəkkəb düşüncə proseslərinə qədər bütün bədəni idarə edir, eyni zamanda bütün enerjinin 20 faizini sərf edir".

Bunu "Gazeta" nəşrinə müsahibəsində rusiyalı bioloq və qida sahəsi üzrə mütəxəssis Artyom Yaşin deyib.

O qeyd edib ki, beynin qidalanması üçün müxtəlif qida maddələrinin - vitaminlər, minerallar, amin turşuları, yağ turşuları tələb olunur.

"Hətta onlardan birinin çatışmazlığı yaddaşa, konsentrasiyaya, məlumatın emal sürətinə və intellektual potensiala təsir edən idrak funksiyalarının nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb ola bilər" - deyə mütəxəssis qeyd edib.

O əlavə edib ki, koqnitiv qabiliyyətləri qorumaq üçün bitki qidalarına, zeytun yağına və yağlı balıq məhsullarına müraciət edilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30