xebermen.az

Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"

13-01-2025, 09:28

 

"Kaliforniyanın Los-Anceles şəhərində yanğınların yayılmasının əsas səbəbi iqlim dəyişikliyi deyil, hakimiyyət orqanlarının səhlənkarlığıdır".

Bu barədə amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Əgər iqlim dəyişikliyi ilə bağlı izahatlar doğru olsaydı, meşə sahəsi Kaliforniyadan iki dəfə böyük olan Texasda təxminən iki dəfə çox ev yanğınları baş verərdi", - deyə sahibkar bildirib.

O, qeyd edib ki, Kaliforniya ştatının hakimiyyət orqanları təbii yanğınlara hazır deyillər:

"Bölgədə yanğından mühafizə vasitələri yox idi və kifayət qədər su ehtiyatı yox idi".

Mask əmindir ki, bu, dəhşətli səhlənkarlığın təzahürüdür.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31