xebermen.az

İsrail Qəzzada atəşkəs razılaşmasını hansı halda poza bilər?

19-01-2025, 22:21

 

"İsrail Qəzza zolağında atəşkəs razılaşmasına sadiqdir, lakin Fələstinin HƏMAS radikal hərəkatının mümkün təxribatlarına dözməyəcək".

Bunu İsrail Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib və hərbçilərin anklavda hərbi əməliyyatları hər an bərpa etməyə hazır olduqlarını vurğulayıb.

O xatırladıb ki, HƏMAS nümayəndələri atəşkəs razılaşmasının ilk günündə azad ediləcək ilk girov qrupunun siyahısını vaxtında verməyiblər.

"Bu səhər HƏMAS öhdəliklərini yerinə yetirmədi və geri qaytarılan girovların siyahısını razılaşdırıldığı kimi təhvil vermədi. Eyni zamanda, biz Qəzza zolağında binalara və terrorçulara hücum etdik və atəşkəs daha da gecikdi. Bu səhər də sübut etdiyimiz kimi, heç bir pozuntuya göz yummayacağıq", - Haqari bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31