xebermen.az

Bu xəstəliklər COVID-19-dan ÖLÜM RİSKİNİ ARTIRIR

31-01-2025, 09:55

 

COVID-19-dan sonra nadir xəstəliklər, sonsuzluq və böyrək xəstəlikləri olan insanlar arasında ölüm riski artıb.

Bunu London Universitet Kolleci (UCL) və Qlazqo Universitetinin alimləri aşkar ediblər.

Tədqiqatçılar nadir xəstəliklərin yayılmasını və onlarla əlaqəli riskləri öyrənmək üçün geniş miqyaslı elektron sağlamlıq qeydlərindən istifadə ediblər. Ümumilikdə 58 milyon insanın məlumatları təhlil edilib.

Alimlər aşkar ediblər ki, nadir xəstəlikləri olan insanların COVID-19-dan ölmə riski ümumi əhaliyə nisbətən təxminən beş dəfə yüksəkdir. Qeyd olunub ki, hətta tam peyvənd olunmuş şəxslərdə də ölüm riski altında qalırlar.

Bundan əlavə, elm adamları ümumi patologiyalar ilə COVID-19-dan əziyyət çəkdikdən sonra ölüm ehtimalı arasındakı əlaqəni təhlil ediblər. Bu riski ən çox artıran xəstəliklər arasında sonsuzluq və böyrək xəstəlikləri var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31