xebermen.az

ABŞ Ukraynaya qoşun yeridəcək? - Pentaqon rəhbəri deyib ki...

11-02-2025, 21:29

 

ABŞ öz qoşunlarını Ukraynaya göndərməyəcək.

Bunu Almaniyadakı Afrika Komandanlığının qərargahında ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri Piter Heqset deyib.

“Biz Ukraynaya qoşun yeritməyəcəyik", - o əmin edib.

Heqset əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə sülh razılaşmasının mümkün qədər tez əldə olunmasına ümid edir. Bundan sonra Birləşmiş Ştatlar bütün dünyada öz qüvvələrinin yerləşdirilməsini yenidən qiymətləndirəcək.

Bundan əvvəl "Associated Press" xəbər vermişdi ki, Heqset xaricə ilk səfəri zamanı Ukraynaya hərbi yardım elan etməyəcək.

Bu arada ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş Ukraynaya hərbi yardımın hələ də Kiyevə axını davam edir. Onun sözlərinə görə, yaxın gələcəkdə “nəyisə dəyişməyə” ehtiyac yoxdur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31