xebermen.az

İran PUA-ları ilə Kiyevə BASQIN EDİLDİ

23-02-2025, 09:57

 

Kiyevdə 24 saat ərzində ikinci dəfə partlayış səsləri eşidilib.

Bu barədə Strana.ua yerli ictimaiyyətə istinadla məlumat yayıb.

Bildirilib ki, şəhərə İran istehsalı olan “Şahed” PUA-ları ilə hücum qeydə alınıb.

Bundan əvvəl Ukraynanın cənubundakı iki şəhərdə - Odessa və Xersonda partlayışlar barədə məlumat yayılıb. Həmçinin Odessa, Dnepropetrovsk, Nikolaev, Poltava, Sumı, Xarkov və Çerniqov vilayətlərində hava hücumu ilə bağlı həyəcan siqnalı qüvvədədir.

Ötən gecə isə Ukrayna mediası yerli "Telegram" kanallarının məlumatlarına əsaslanaraq Donetsk Xalq Respublikasının Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hissəsində yerləşən Slavyansk şəhərində partlayışlar barədə yazıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31