xebermen.az

Avropada HƏYƏCAN TƏBİLİ: "Təcili olaraq silahlanmalıyıq"

2-03-2025, 22:56

 

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropanın təcili olaraq yenidən silahlanmalı olduğunu və üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün manevr imkanlarının vacibliyini bildirib.

O, bu fikirləri Londonda Ukraynaya dəstək mövzusunda keçirilən sammitdən sonra səsləndirib. Ursula Fon der Lyayen qeyd edib ki, Avropa demokratiyanı qorumağa hazır olduğunu ABŞ-a da göstərməlidir. O, uzun illər davam edən az investisiyadan sonra müdafiə sektoruna xərclərin uzunmüddətli dövrdə artırılmasının zəruri olduğunu vurğulayıb.

“Uzun müddət müdafiə sahəsinə kifayət qədər investisiya qoyulmayıb. İndi isə bu investisiyaları artırmaq olduqca vacibdir və bu, davamlı şəkildə aparılmalıdır”, – deyə o, Londondakı görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. Ursula Fon der Lyayen əlavə edib ki, üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün daha geniş maliyyə imkanları yaradılmalıdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31