xebermen.az

Rusiyadan bu ölkə ilə əlaqələri kəsəcək qərar - Rəsmən qadağa qoyuldu

4-03-2025, 13:54

 

Rusiya Ukraynanı dəstəklədiyi üçün Yaponiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalarını davam etdirdiyini iddia edib.

Rusiya buna cavab olaraq 9 Yaponiya vətəndaşının Rusiyaya girişinə qeyri-müəyyən müddətdə qadağa qoyub.

Sanksiya siyahısına Yaponiyanın xarici işlər naziri Takeşi İvaya, Yaponiyanın Kiyevdəki səfiri Nakaqome Masaşi, Yaponiyanın Kiyevdəki sabiq səfiri Matsuda Kuninori, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndələri və bəzi biznes rəhbərləri daxildir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31