xebermen.az

ABŞ Türkiyəyə 30 taktiki nüvə bombası yerləşdirdi - Nə baş verir?

6-01-2026, 21:04

 

ABŞ Avropadakı altı hava bazasında təxminən 100 modernləşdirilmiş "B61" taktiki nüvə bombası ("B61-12" versiyası) yerləşdirib.

Bu barədə "Bülleten of the Atomic Scientists" və "Federation of American Scientists" nəşrləri məlumt yayıb.

Qeyd olunub ki, Almaniya, Belçika, Niderland və İtaliyadakı aviabazalara 10-15 bomba yerləşdirilib. Daha 20-30 bomba isə İtaliyadakı Aviano və Türkiyədəki İncirlik hava bazalarına yerləşdirilib.

"B61" bombaları "F-35A2, "F-15E", "F-16" və "Tornado" taktiki qırıcıları tərəfindən daşına bilər. Bombalar yeni quyruq üzgəci ilə təchiz olunub ki, bu da onları daha idarəolunan edir və paraşütlə tullamaq əvəzinə yüksək hündürlükdə uçan təyyarədən atılmasına imkan verir. Daha sonra bomba hədəfə doğru sürüşür və lazım gələrsə, ona doğru "hərəkət edir".

2025-ci ilin noyabr ayında “The New York Times” qəzeti ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyinin (NNSA) rəhbəri Brandon Uilyamsın nüvə silahları agentliklərindən məxfi məlumatların sızmasına nəzarətin artırılmasını əmr etdiyini bildirmişdi.

Uilyams "silahları güclü edən sirləri qorumağın" vacibliyini qeyd edərək, "tabeliyində olanlara məxfi məlumatların sızmasına qarşı sayıqlığı artırmağı əmr edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31