xebermen.az

"WhatsApp"a çoxdan gözlənilən funksiya gəlir

28-01-2025, 09:36

 

"Android" smartfonlarında bir neçə hesabdan istifadə imkanı təqdim edən "WhatsApp" messenceri, bu funksiyanı "Apple" cihazlarına da gətirməyə hazırlaşır.

Bu barədə "WABetaInfo" xəbər yayıb.

Bildirilir ki, "iPhone" üçün çoxistifadəçili dəstəyin sınağı artıq başlayıb. Funksiyanın gələcək yeniləmələrdə təqdim olunacağı gözlənilir. Ekspertlərin qiymətləndirmələrinə görə, bu, bir neçə ay çəkə bilər.

"iPhone"da çoxistifadəçili dəstəyin tətbiqi təhlükəli klonlardan istifadə etmək zərurətini aradan qaldıracaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31