xebermen.az

Qəzza zolağı ciddi ərzaq çatışmazlığı ilə üzləşdi

9-03-2025, 10:01

 

Qəzza zolağında iki milyondan çox fələstinlinin ərzaq və ilkin tələbat mallarına ciddi ehtiyacı var.

Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qida qıtlığı ilə yanaşı, anklavda insanlar dərman və zəruri əşyaların qıtlığı ilə üzləşirlər. Humanitar böhranın İsrail hökumətinin bölgəyə göndərilən bütün humanitar yardımı əngəlləməsi ilə əlaqədar olduğu bildirilir.

Qeyd edilib ki, son bir həftə ərzində evləri qızdırmaq və elektrik generatorlarını işə salmaq üçün lazım olan yanacaq Qəzza zolağına çatdırılmayıb.

Anklav sakinlərinin evlərini təmir etmək, eləcə də müvəqqəti sığınacaqlar təşkil etmək üçün lazımi materiallar yoxdur. İnsanlar dağıntıların arasından "qış ayları üçün sığınacaq tikmək üçün hər hansı bir material" axtarırlar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31