xebermen.az

Suriyada vəziyyət gərgindir: Rusiya və ABŞ qapalı görüş tələb etdi

10-03-2025, 15:11

 

Rusiya və ABŞ Suriyadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Polyanskinin sözlərinə görə, Moskva görüşün bu gün keçiriləcəyini gözləyir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib ki, Rusiya və ABŞ Suriyadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasından qapalı məsləhətləşmələr tələb ediblər.

Rusiyalı diplomat öz “Telegram” hesabında verdiyi açıqlamada belə deyib:

"Rusiya və ABŞ Suriyanın qərbində mülki şəxslərə qarşı zorakılıq məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurası ilə təcili qapalı iclas keçirməyi tələb ediblər. Biz görüşün 10 mart bazar ertəsi, Moskva vaxtı ilə saat 10:01-ə təyin edilməsini gözləyirik”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31