xebermen.az

Pentaqon İranı təhdid etdi: Bütün variantlar masadadır

18-03-2025, 11:13

 

Pentaqon Yəməndə husilərə qarşı hücumların hədəf əldə olunana qədər davam edəcəyini bəyan edib.

Bu barədə Pentaqonun sözçüsü Sean Parnell bildirib.

Parnell ABŞ ordusunun Yəməndə həyata keçirdiyi hücumlar və Trampın İrana qarşı təhdid ifadələri ilə bağlı mühüm açıqlamalar verib.

O, ABŞ-ın husilərə qarşı son hücumlarına diqqət çəkib: "Prezident Donald Tramp, dövlət katibi Pit Heqset və ABŞ rəhbərliyi güc yolu ilə sülh dövrünün geri qayıtdığını bəyan etdilər. Məqsədimizə çatana qədər hədsiz dərəcədə öldürücü güc tətbiq edəcəyik".

Sözçü bu hücumların Yaxın Şərqdə rejim dəyişikliyi ilə bağlı deyil, Amerikanın maraqlarını qorumaq üçün olduğunu qeyd edib. O, əvvəlkilərdən fərqli olaraq bu dəfə husilərə qarşı daha geniş əməliyyat aparıldığını vurğulayıb. Qeyd edib ki, husilərə kömək etməyə davam edərsə, İran da hədəfə alına bilər: “Məncə, prezident bütün variantların masada olduğunu açıq şəkildə ifadə etdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31