xebermen.az

Son üç gündə Qəzzada 600-ə yaxın fələstinli öldürüldü

21-03-2025, 10:32

 

İsrailin martın 18-də döyüşləri bərpa etdiyi vaxtdan Qəzza zolağında təxminən 600 fələstinli həlak olub.

Bu barədə Qətər mediası məlumat yayıb.

Xəbərdə deyilir ki, İsrail ordusu qurudan hücumları və hava zərbələrini gücləndirdiyi üçün ölənlərin sayı artmaqda davam edir.

Yenidən bombardmana başlayan israillilər Rəfah və Beyt-Lahia şəhərləri ərazisində qurudan hərbi əməliyyatlara başlayıblar.

Xatırladaq ki, İsrail administrasiyası fələstinliləri ABŞ-ın təkliflərini rədd etməkdə ittiham edib və Qəzza zolağında yenidən aktiv hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq Fələstin tərəfi münaqişənin genişlənməsinə görə ABŞ və İsraili günahlandırıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31