xebermen.az

Zəngəzur, Dərələyəz və... - Yeni ərazilərin qaytarılmasına hazırlıq gedir

16-04-2025, 13:51

“Müstəqillik bəyannaməsinin konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir. Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Sünikə (Zəngəzur), Vayots Dzora (Dərələyəz), Ararata (Vedi) və Bakının Qərbi Azərbaycan adlandırdığı ərazilərə girişinə hüquqi zəmin hazırlayır”.

Bu barədə erməni diplomat Edqar Qazaryan deyib.

Qazaryan iddia edir ki, hazırda Geqarkunikdə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir: “Geqarkunik rayonunda mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”.

Rusiyanın sərhəd xidmətindən imtina edilməsi haqqında da danışan erməni diplomat onu da iddia edir ki, Ermənistan-Türkiyə sərhədi qanuni olaraq yox olacaq və Ankara istənilən vaxt İrəvana daxil ola biləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930